"Ayaz Mütəllibov həyatı boyu Rusiyanın maraqlarına xidmət edib"

Hazırda oxunan: "Ayaz Mütəllibov həyatı boyu Rusiyanın maraqlarına xidmət edib"

132145
"Ayaz Mütəllibovdan bundan fərqli mövqe gözləmək sadəlövlük olardı. Ayaz Mütəllibov həyatı boyu Azərbaycanın deyil, Rusiyanın maraqlarına xidmət edib".

Bunu Moderator.az-a açıqlamasında Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev bildirib. 


Fəhmin Hacıyev deyib ki, Ayaz Mütəllibovun prezidentliyi dövründə ordu quruculuğuna ögey münasibət olub, müstəqil dövlət idarəetmə institutlarının yaradılmasına maneələr törədilib: "SSRİ-nin saxlanması üçün keçirilmiş axmaq referendum hamının yadındadır. Bu adam siyasi cəhətdən o qədər korafəhimdir ki, rus qoşunlarının ərazimizə daxil olmasının gələcəkdə boyük problemlər yaradacığını qavraya bilmir".
 
Xatırladaq ki, Azərbaycanının birinci prezidenti Ayaz Mütəllibov saytımıza verdiyi açıqlamada rus sülhməramlılarının Qarabağda yerləşdirilməsi ilə bağlı təklifləri normal hesab etdiyini bildirmişdi: "Dağlıq Qarabağda rus sülhməramlılarının yerləşdirilməsini təhlükəli saymır, Qarabağın birdəfəlik itirilməsi kimi qiymətləndirmirəm. Əksinə çalışmaq lazımdır ki, işğal altında olan rayonlarımız mümkün qədər tez geri qayıtsın". 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO