"Onlar təxribatçılardır, Azərbaycan xalqını, millətini sevməyənlərdir"

Hazırda oxunan: "Onlar təxribatçılardır, Azərbaycan xalqını, millətini sevməyənlərdir"

131385
"Azərbaycan ordusunun qələbəsinə kölgə salmaq istəyənlərin təxribatları baş tutmayacaq"


Bunu Moderator.az-a açıqlamasında deputat Hikmət Babaoğlu bildirib. 

 
H.Babaoğlu deyib ki, aprel ayının 1-dən 2-nə keçən gecə erməni təxribatı ilə təmas xəttində atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun layiqli cavabı 110 illik tariximizdə böyük hadisəsidir: “Ermənilər 1905-ci ildən 2016-cı ilin aprel ayının 1-nə qədər olan dövr ərzində Azərbaycan xalqına qarşı həmişə qətliamlar, soyqırımlar həyata keçiriblər. Aprel ayının 1-dən 2-nə keçən gecə erməni təxribatı ilə təmas xəttində atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun layiqli cavabı 110 illik tariximizdə böyük hadisəsidir. Bu, Azərbaycan ordusunun, Azərbaycan xalqının milli siyasi iradəsinin təntənəsidir, tarixi dönüş nöqtəsidir. Əlbəttə ki, bizim bu nailiyyətimizə kölgə salmaq istəyən qüvvələr olacaq. Xaricdə belə qüvvələr var, Azərbaycanın daxilində də həmin xarici qüvvələrin uzantısı olan belə qüvvələr mövcuddur. Həmin qüvvələr bu hadisəylə spekulasiya etmək, ölkədə ictimai fikri daxili ictimai narazılığa yönləndirmək istəyirlər. Bunlar təxribatçılardır,  Azərbaycan xalqını, millətini sevməyənlərdir. Azərbaycan xalqı bu gün nəhayət ki, 110 illik fasilədən sonra hərbi psixoloji baxımdan özünü tam inamlı hiss edir. Hərbi psixoloji vəziyyət bizim lehimizə dəyişib, yüksək əhval-ruhiyyə, qələbə əzmi var”x9d.

Deputat sonda media qrumlarını da bu məsələdə diqqətli olmağa çağırıb: “Əminəm ki, ayrı-ayrı saytlar, mətbuat orqanlar bu cür insanların təxribatlarını ictimailəşdirən vasitəyə çevrilməyəcəklər”x9d.

Rumiyyə  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO