"Münaqişələrin dondurulması və onun həll olunmaması Rusiyanın maraqlarına xidmət edir. Kreml dondurulmuş münaqişələrdən lazım gələnədə konflikt bölgəsində və o ölkədə sabitliyi pozmaq üçün bir alət kimi istifadə edir”x9d.
Bu fikri bloombergview.com-da Leonid Berşidskiy “Sovetlər birliyi yenidən dağılır”x9d məqaləsində qeyd edib.
Moderator.az L. Berşidsknin fikirlərini oxuculara təqdim edir.
L. Berşidskinin fikrincə, dondurulmuş münaqişələr Rusiyanın xoşuna gəlir: “Çünki bu yolla öz niyyətlərini həyata keçrimək üçün keçmiş sovet dövlətlərinin hakimiyyətlərinə təzyiqlər edir. Həm siyasi, həm iqtisadi baxımdan. Ona görə də dondurulmuş münaqişələr Kemlin maraqları daxlindədir. Məhz buna görə də Putin Ukraynada münaqişəni həll etmək yox, dondurulması barədə qərar verdi”x9d.
L. Berşidskiy qeyd edib ki, əgər Kreml Qarabağdakı münaqişənin həllini istəsəydi, bunu etmək onun üçün çətin deyildi: “Sadəcə onu istəmədi və tərəfləri yenidən atəşkəs rejimini bərpa etməyə, danışıqlar masasına çağırdı”x9d.
Məqalə müəllifi hesab edir ki, əslində Qarabağ münaqişəsini dondurulmuş münaqişə hesab etmək yanlışlıqıdr.
”x9dQarabağ münaqişəsi istənilən vaxt alovlana, yeni müharibə fazasına keçməsi çoxsaylı insan ölümünə səbəb ola bilər. Bu təkcə Dağlıq Qarabağa aid deyil, ümumiyyətlə bütün postsovet məkanında mövcud olan münaqişələrə aiddir”x9d. ”“ deyə o qeyd edib.
O bildirib ki, bu gün postsovet məkanında dörd ölkədə münaqişələr mövcuddur ki, Dağlıq Qarabağ münaqişəsi də bunlar içərisində ilk başlayan münaqişədir.
Dağlıq Qarabağ münaqişəsinin 1988-ci ildə başladığını və 1994-cü ildə atəşkəs rejiminin tətbiq olunduğunu qeyd edən müəllif bildidirb ki, Ermənistanın indiki prezidenti o zaman Qarabağdakı fəal separatçılardan biri olub. 20 ildən artıq atəşkəs rejiminin tətəbiq olunduğunu qeyd edən L. Berşidskiy bildidirb ki, aprelin 1-dən 2-nə keçən gecə atəşkəs növəbti dəfə pozulub və nəticədə irimiqyaslı hərbi əməliyyatlar həyata keçirilib. Bu əməliyyat nəticəsində hər iki tərəf itki verib.
L. Berşidskiy son hərbi əməlliyyatla bağlı Mixail Saakaşvilininin dediyi fikirləri sitat kimi verib. Belə ki, M. Saakaşvili son olaylarda Rusiyanı ittiham edib və bildidirb ki, bu yolla Krem Azərbaycanı zəiflətmək istəyir: “Yəni Azərbaycanı Avropanın alternativ enerji mənbəyi kimi zəiflətməyə və gözdən salmağa çalışır”x9d.
Bütün bunları nəzərə alan müəllif qeyd edir ki, ona görə də dondurulmuş münaqişələr termini yanlışdır və aldadıcıdır.
“Münaqişə müəyyən müddətədək dayandırıla, istənilən an bu münaqişə alovlana bilər. Və yaxud onu idarə edənlər tərəfində düyməsi basılan kimi qızışa bilər. Qarabağ münaqişəsinin həlli Qərbin təhlüksizliyinin təmin olunması baxımından önəmlidir.Ona görə də məsələyə həssaslıqla yanaşmaq lazımdır. Əks halda kənar oyunçular vasitəsi ilə münaqişələr yenidən alovlana bilər və bunun fəsadları pis olar”x9d, -deyə L. Berşidskiy qeyd edir.





























































































