Jurnalistdən Milli Məclisə maraqlı təklif

Jurnalistdən Milli Məclisə maraqlı təklif

Hazırda oxunan: Jurnalistdən Milli Məclisə maraqlı təklif

130293

Moderator.az saytının əməkdaşı Seymur Əliyev cəbhə xəttində yaranan yeni situasiya ilə əlaqədar olaraq Milli Məclis qarşısında maraqlı təkliflə çıxış edib. Təklifində Azərbaycanın ərazi bütövlüyü, işğal edilən torpaqların azad edilməsi uğrunda yeni bir dönəmin başlandığına diqqət çəkən jurnalist, ölkəmizin suverenliyi uğrunda mübarizədə şəhid olan bütün hərbçilərin ailələrinin kommunal xərclərdən azad edilməsinin vacibliyini vurğulayıb. S.Əliyevin fikrincə, şəhid ailələrinin hətta bir neçə il müddətində belə kommunalı xərclərdən azad edilməsi onların sosial yaşamını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər:

“Bu gün şəhid ailələrinin əsas qayğılarından biri kommunal xərclərlə bağlıdır. Hansı ki, şəhid ailələrinin kommunal xərclərdən hətta bir neçə il müddətinə belə azad edilməsi onların sosial yaşamını əhəmiyyətli dərəcədə yüngülləşdirə bilər. Odur ki, Milli Məclisin bu məsələyə həssaslıqla yanaşacağını güman edirəm. Ümid edirəm ki, ölkə parlamenti cəmiyyət tərəfindən də rəğbətlə qarşılanacaq bu məsələnin hüquqi müstəvidə həllini təmin edəcək və şəhid ailələlərini kommunal ödəniş yükündən azad edəcəkdir”x9d.

xa0

xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO