Müdafiə Nazirliyi protokolla bağlı yayılan məlumatlara aydınlıq gətirdi...

Müdafiə Nazirliyi protokolla bağlı yayılan məlumatlara aydınlıq gətirdi...

Hazırda oxunan: Müdafiə Nazirliyi protokolla bağlı yayılan məlumatlara aydınlıq gətirdi...

127131
"Yüksək rütbəli zabitlərin qarşılıqlı olaraq hər iki dövlətin hərbi qurumlarında xidmət etməsi fikri tamamilə yanlışdır."

Bu barədə Moderator.az -ın soğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Martın 15-də Ankara şəhərində Azərbaycan ilə Türkiyə arasında hərbi-mülki heyətin mübadiləsinə dair imzalanan protokolu şərh edən bəzi elektron kütləvi informasiya vasitələri məsələyə qeyri-ciddi yanaşıblar. Sənədə əsasən yüksək rütbəli zabitlərin qarşılıqlı olaraq hər iki dövlətin hərbi qurumlarında xidmət etməsi fikri tamamilə yanlışdır.

Bununla belə, ikitərəfli əməkdaşlıq planına uyğun olaraq 2015-ci ildən başlayaraq rəhbər heyət qarşılıqlı surətdə taktiki səviyyədə Azərbaycan və Türkiyədə təcrübə mübadiləsi məqsədilə qısamüddətli hərbi xidmət keçir. Bu döyüş hazırlığının artırılması və bölmələrin uzlaşması məqsədilə həyata keçirilən təlim prosesidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO