İlhamənin ölümü: “Zəminxarə”x9d, yoxsa “Vağzalı”x9d?

İlhamənin ölümü: “Zəminxarə”x9d, yoxsa “Vağzalı”x9d?

Hazırda oxunan: İlhamənin ölümü: “Zəminxarə”x9d, yoxsa “Vağzalı”x9d?

123423
Sənət həmişə ülvi, pak və müqəddəs olub. Sənət adamları isə ondan da yuxarı zirvələrdə”¦

Amma sənəti əsl sənət adamı kimi, sənətkar kimi yaşamaq lazımdır ki, tarix səni ən yüksək zirvələrdə həmişə saxlasın.

İlhamə Quliyeva sənətindən çox qalmaqalları, adam tutdurmağı, adam döydürməyi, hamını məhkəməyə verməyi, baltalamağı ilə gündəmdə qaldı. Ömrünün sonuna qədər təkəbbür, eqoizm, ifrat şöhrətpərəstlik onun simasından və dilindən düşmədi.

Sənətinə, yaşına, görünüşünə yaraşmayan iyrənc ifadələrlə, həqiqi sənətkarlara atdığı çirkin böhtanlarla, dava-dalaşlarla, ucu-bucağı görünməyən yarınmaqlarla bu dövrdə yaşayan hər kəsin yaddaşında bir İlhamə Quliyeva qaldı.

 Xalqa şəhadət barmağı silkələməklə sənətkar ucalsaydı, bu gün İlhamə Quliyevanın ölümünə sevinməzdi bu qədər insan!

Yəqin ki, hamı xatırlayır: İlamə Quliyeva günəşli günü təbiətin sevinci adlandırmışdı. Nə təsadüfdür ki, bu gün İlhamə Quliyeva ölüb və göy üzünə günəş doğub. Özü də fevral ayının 25-də. Yəni, təbiət sevinirmi”¦?

Xanım İlhamə Quliyeva şöhrətin girdabında o qədər özünü itirmişdi ki, həqiqətdə olmayan müxtəlif titullar uydurmuşdu və özünü bu titullara sahib olduğuna inandırmışdı. O, yeddi taca, “primadonna”x9d, “kraliça”x9d və başqa belə rəsmi olmayan titullara sahib olduğunu bəh-bəhlə danışırdı.

Bəs İlhamə Quliyeva getdiyi yerə neçə tac apardı? Neçə titul apardı? Neçə zinət əşyası apara bildi? Əlbəttə, bunların heç birini aparmağı hamı kimi, o da bacarmadı. Barı bir zərrə xalq sevgisi aparaydı özüylə”¦

 Yasda, matəmdə “Zəminxarə”x9d dinləyir bizim məmləkətin adamları. Şadlıqda, büsatda isə “Vağzalı”x9d ilə başlayır, “Vağzalı”x9d ilə bitirir sevincini. Bu gün əksəriyyət özünün ən böyük hüznünə “Zəminxarə”x9d ilə təsəlli verdiyi halda, İlhamə Quliyevanı “Vağzalı”x9d sevinci ilə yola salır..

 Bütün mənfi və müsbət keyfiyyətləri ilə İlhamə Quliyevanın şəxsiyyəti zaman-zaman tamam unudulacaq, amma oxuduğu bəzi əsərlər tarixdə əbədiyyən qalacaq! Bağışlayaq sənətkarı!

 Nə “Zəminxarə”x9d, nə də “Vağzalı”x9d lazım”¦! Açın İlhamə Quliyevanın ifasında “Kaman”x9dı dinləyin:

Bax, yenə hicran,
ayrılıq necə gəldi bizdən xəbərsiz!?
Bax, yandım aman,
deyirdin ki, yaşaya bilməzsən mənsiz?! (“Kaman”x9d mahnısından”¦)
Orxan Bahadırsoy
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO