Moderator.az “Xocalıya ədalət istəyirik!”x9d silsiləsindən üçüncü yazını təqdim edir.
Fevral ayının 26-sı Xocalı faciəsinin 24 ili tamam olur. 24 ildir ki, Xocalıdan salamat çıxa bilən insanlar fevral ayında yas saxlayır, matəm içində olurlar. 24 ildir ki, onların Xocalı dərdlərinin yarası qaysaq bağlamır. “Xocalıya qayıdana kimi Vətən yaramız qan verəcək”x9d- deyibən haray edirlər. Dünyadan Xocalıya ədalət istəyirlər!
Hüseynova Samirə Bakir qızı 1979-cu ildə Xocalıda dünyaya gəlib. 11 yaşında Xocalını tərk etməyə məcbur qalan Samirə indi müəllimədir, 2 saylı Xocalı orta ümumtəhsil məktəbində çalışır.
“Xocalı faciəsi yaddaşımda silinməyən dərin izlər qoyub. Ailəmizdən nənəm, babam, atam, bibim, əmim, əmimin həyat yoldaşı fevralın 25-dən 26-na keçən gecə Xocalıda şəhid oldular. Əmim Hüseynov Tofiq Azərbaycanın milli qəhrəmanıdır. Həmin gecə ümumilikdə 59 nəfər yaxın qohumumuzu itirdik, hər ailədən bir-iki nəfər qalmışdı, o da uşaqlar, bir neçə nəfər də qadınlar idi. Bu yaxınlarda eşitdik ki, Xocalıda kütləvi məzarlıq aşkar olunub, ermənilər Noragül kəndi ətrafında xəndək qazaraq Xocalıda öldürdüklərinin meyitlərini həmin xəndəyə töküblər. Deyirlər ki, həmin məzarlığı danışıqlar yolu ilə Azərbaycana gətirməyə çalışırlar. Bu yaxınlarda MTN tərəfindən bizim hamımızdan DNT analizi götürdülər. Ola bilsin ki, onların arasında bizim də yaxınlarımızdan oldu. Qəbiristanlığa gedəndə məzarları olanlara həsəd aparıram, kaş mənim də atamın, babamın, əzizlərimin qəbri burda olaydı. Əzizlərimizin üstündə ağlamağa bir məzarları belə yoxdur... Bircə əmimim məzarı Şəhidlər Xiyabanındadır, o məzar da hamımızın təsəlli yeridir”x9d.
Samirə Xocalıda əzizləri, doğmaları ilə yanaşı uşaqlığını da itirib gələnlərdəndir. Uşaqlığını doyunca yaşamayan, uşaqlıq illərinə həsəd aparmayan, ümumiyyətlə o illəri yaddaşından birdəfəlik silmək istəyənlərdəndir...
“1992-ci ilin fevralına qədər düz dörd il Xocalıda dözülməz həyat yaşadıq. Hər gün ermənilər kəndimizə, basqınlar, hücumlar edirdi. Atamgil gecə-gündüz növbəylə postda keşik çəkirdi. Atışma olanda qaçıb qonşunun evinin zirzəmisində gizlənirdik. Uşaq olsam da bu günə qədər bütün baş verənlər sanki gözümün qabağındadır. Biz uşaqlığın nə olduğunu bilmədik, hər an qorxu, həyəcan içində yaşadıq. Ona görə də heç vaxt uşaqlığımı xatırlamaq istəmirəm, gözümün qarşısına qorxuyla yaşadığımız illər, atışma gəlir. Həyətdə də qorxa-qorxa oynayırdıq ki, erməni istənilən an ata bilərdi. Ermənilərin Xocalıya hücum etdiyi ilk gün yadımdadır. Məktəbdən yeni qayıtmışdıq, dedilər ki, ermənilər Xocalıya basqın edib. İlk dəfəydi elə hadisə görürdük, ona görə də elə bildik ki, ermənilər həmin gün hamımızı öldürəcək. Qorxudan necə əsirdimsə qıc olmuşdum, elə həmin vaxtdan indiyə qədər də onun fəsadlarını daşıyıram. Nə qədər həkim, xəstəxana gəzsəm də hələ də məndə o xəstəlik sağalmayıb. 25 ildən çoxdur ki, o qorxunun izlərini özümüzlə dayışırıq, ölənə qədər də çəkəcəyik”x9d.
Samirə müəllimə deyir ki, nə qədər ağır olsa da Xocalı həqiqətlərindən hər gün danışır, şagirdlərinə təhsil verməklə yanaşı erməniyə nifrət etməyi də öyrədir.
“Dərs dediyim uşaqlara bacardığım qədər erməniyə nifrət hissini aşılamağa çalışıram. Həmçinin də bir valideyn kimi öz övladlarıma da hər zaman Xocalıdan, erməni vəhşiliyindən danışıram. Uşaqlarıma tapşırıram ki, bizim ömrümüz Xocalının geri qaytarıldığı günü görməyə çatmasa belə, siz mütləq yurdumuza qayıtmalısınız. Çünki Xocalı bizim ata-baba yurdumuz, ocağımız olub. Bu gün də eşitsəm ki, Xocalı işğaldan azad olub ayaqyalın, qaça-qaça gedərəm, bir dəqiqə belə burda qalmaram”x9d.
Samirə müəllimə şagirdlərinə erməni vəhşiliyindən danışanda çalışır ki, düşmənin sözlə olsa belə, obrazını dəqiq yarada bilsin.
“Uşaqların gözündə erməninin sözlə də olsa şəklini çəkməyə çalışıram. Uzun dişləri olan, ağzı parçaladığı insanların qanına bulaşmış, gözləri hədəqəsindən çıxmış, buynuzlu, şeytan sifətində, insana bənzəməyən bir varlıq kimi canlandırıram ermənini. Əgər onlar insan olsaydılar insanlığa sığışmayan faciələr törətməzdilər. Onlar ən qorxunc, ən dəhşətli heyvan xislətli varlıqlar idilər ki, elə bir vəhşiliyə imza atdılar. Ancaq onu da qeyd edim ki, heç heyvanlar da ermənilər qədər vəhşilik törətməz. Heyvan ovunu parçalayıb yeyir, ancaq bunlarsa parçalaya-parçalaya işgəncə verirdilər, verdikləri işgəncələrdən də həzz alırdılar. Heyvanların bəlkə də körpələrə rəhmi gəlir, ancaq ermənilər körpənin, qızların, oğlanların başına olmazın oyunların gətirirdi. Erməninin vəhşiliyi bəlkə də heç heyvanlar aləminə belə sığmaz, nəinki insanlığa. Ermənilər şeytan sifətli cəhənnəm məxluqlarıdı. Əminəm ki, bu dünyada almasalar da, axirət dünyasında Allahın ən böyük cəzasını alacaqlar”x9d.
Samirə Xocalı faciəsi baş verən gecə kənddə olmasa belə sonradan gördükləri o gecənin bütün vəhşiliklərini qiyabi də olsa yaşamasına səbəb olub.
“Anam Ağdamdan olduğun görə atam bizi bir ay qabaq vertolyotla kənddən çıxardıb Ağdamda babamgildə qoymuşdu. Həmin faciə baş verən gecənin səhərisin anam Xocalıdan gələnlərin yanına gedirdi, ağladım ki, məni də aparsın. Anamla Xocalıdan gələnlər, gətirilənlər olan yerə getdik, gətirilən cəsədləri gördüm orda, meyitlərin içərisindən öz yaxınlarımızı axtarırdıq. Ona qədər meyit görməmişdim deyə çox qorxdum, sarsıldım. Bir müddət gecələr qışqıraraq yuxudan ayılırdım. Sonradan böyüklər anamı danlıyırdı ki, nahaq bu uşağı ora aparmısan. Ancaq onda heç anamın da ağlı başında deyildi axı, nə etdiyini bilmirdi. Həmin gecənin dəhşətlərini yaşamasam da, sonradan gördüklərim belə çox dəhşətliydi mənimçün. Əsirlikdən qaytarılan qohumları da əmim birinci dəfə bizim evə gətirirdi. Atamın dayısının əsirlikdə gözünü dağıtmışdılar, sonradan o, heç yaşamadı. Gözünün qabağında oğlu Mehman Əzizovun dilini kəsmişdilər, oğlunun dərdinə dözəmməyib bir neçə aydan sonra öldü. Deyirdi ki, yan otaqda oğluma işgəncələr verirdilər, oğlumun naləsini, fəryadını eşidirdim, bu dərdlə yaşa bilmərəm. Başqa bir qadını oğlu meşədə tək qoymamışdı, anasıyla bərabər ikisi də əsir düşmüşdülər. Əsgəranda divarın o biri təəfində oğlunu vəhşicəsinə döyüb işgəncələr verirlərmiş. Altı gündən sonra ana əsirlikdən qayıtmışdı. Gələndə ermənilərə nə qədər yalvarmışdı ki, oğlumun dörd körpəsi var, rəhminiz gəlsin, buraxın. Sonradan oğlunun cəsədini tanınmaz halda göndərmişdilər. Boğazından trosu bağlayıb maşının arxasında o qədər sürüyüblər ki, yanları torpaqda gedibmiş, tros boğazını üzübmüş. Sinəsinə o qədər güllə boşaldıblarmış ki, ürəyi, ciyəri parça-parça olub çölə tökülürmüş. Əllərinin, ayaqlarının bütün barmaqlarını qırıblarmış, damarları çöldəymiş. Budunun dibindən bir əlcə boyda dərisini soyub atıblarmış, yeri gömgöy göyəribmiş. Cəsədini yumaq istəyən iki nəfər vahimələnib yuya bilməmişdilər. Həmin hadisədən sonra o iki nəfərin ikisi də xərçəng xəstəliyinə tutulub üç ayın içindəcə vəfat elədilər”x9d.
Samirəni, eləcə də digər Xocalıları vətən həsrətiylə yanaşı Xocalı dəhşətlərini tanımaq istəməyən dövlətlərin laqeyd münasibətləri də üzür.
“Heç vaxt arzulamaram ki, millətindən, ölkəsindən asılı olmayaraq hansısa uşaq terrora, təcavüzə, müharibəyə məruz qalsın. Axı körpələr günahsızdır, döyüşdə, müharibədə əsgər, zabit ölər, uşaqlar, qadınlar, mülki şəxslər ölməz ki. Amma bizə biganəlik göstərən dövlətlərə, beynəlxalq təşkilatlara deyirəm ki, bizim yaşadığımız faciənin bir faizini onlar yaşasaydılar, bəlkə də o zaman nələr çəkdiyimizi anlayardılar. Ötən il ATV kanalında torpaqlarımızın işğaldan azad olunması ilə bağlı süjet efirə getmişdi. Həmin xəbəri eşidəndə iki gün özümüzə gələ bilmədik, bir-birimizə xəbər etməyə belə ürəyimiz gəlmirdi ki, kimsə eşidər sevincdən ürəyi dayanar. Sonradan öyrəndik ki, gerçək deyilmiş, film çəkilişi ilə bağlı imiş. İnternetdə, xəbər saytlarında Xocalıda, Qabağda şəkil, video çəkdirib paylaşan erməniləri görəndə əsəbdən dişimiz bağırsağımızı doğrayır. Gör bizim torpaqlarımızda kimlər at oynadır deyə, yanıb yaxılırıq. Bizim dərdimizi duymaq istəməyənlər bunları yaşasa o zaman bizi görməyə gözləri, duymağa qulaqları açılar”x9d.
Gənc olmasına baxmayaraq Samirə müəllimə nədənsə çox yaşayacağına ümidsizdir. Söhbətinin əvvəlində də, sonunda da Xocalıda ölməyi arzulaması bundan xəbər verirdi...
“Heç kim müharibə istəməz, eləcə də biz. Biz də arzulayırıq ki, torpaqlarımız sülh yolu ilə geri qaytarılsın. Ancaq inanmırıq ki, erməni öz xoşuyla o torpaqları bizə geri qaytara. Erməni heç öz xoşuyla da bizim torpaqları işğal etmədi ki, erməninin bizə heç vaxt gücü çatmazdı. Biz Türk oğlu Türklərik, qandan qorxan ermənin heç vaxt cürəti çatmazdı ki, Türkə yaxın dursun. Bizim damarlarımızda da Türk qanı axırsa Qarabağı düşmən tapdağı altında qoymamalıyıq. Müharibə yoluyla olmuş olsa belə torpaqlarımızı geri qaytarmalıyıq. Vətən uğrunda ölmək şərəfdir, təki Vətən sağ olsun. Torpağımın bir qarışını belə heç kimə vermək istəmərəm, vətənimin bir qarış şoran torpağını belə dünyanın ən münbit güşələrinə dəyişmərəm. Təki öz torpağımda, öz vətənimdə yaşayım, öləndə də öz torpağıma qovuşum. Mən burda ölmək istəmirəm, ömrümdən bir gün qalsa belə Xocalıda ölməyi arzulayıram, qoy məni Xocalıda basdırsınlar. Bu mənim Allahdan ən böyük arzumdur”x9d.
Rumiyyə MİRASLAN





























































































