“Ermənilər Rusiya və İranı üstümüzə qaldırmağa çalışır”x9d

“Ermənilər Rusiya və İranı üstümüzə qaldırmağa çalışır”x9d

Hazırda oxunan: “Ermənilər Rusiya və İranı üstümüzə qaldırmağa çalışır”x9d

111604

Millət vəkili Elman Məmmədov Moderator.az-a açıqlamasında ermənilərin Rusiya və İranı hər vasitə ilə Azərbaycanınn üzərinə qaldırmağa cəhd etdiyinə diqqət çəkib. E.Məmmədovun sözlərinə görə, erməni məkri özünü digər sahələrdə də göstərir:

“Azərbaycanın ermənilərə qarşı mövqeyi bəllidir. Onlar Azərbaycan torpaqlarını işğal ediblər. Biz də öz torpaqlarımızı erməni işğalından azad etmək üçün mübarizəmizi davam etdiririk. Bundan sonra da bu mübarizəmizi davam etdirəcək, torpaqlarımızın azadlığına nail olacayıq. Ermənilərə imkan verilməməlidir ki, onlar Rusiya, İran kimi dövlətləri bizim üstümüzə qaldırsınlar, başqa təxribatlar həyata keçirsinlər. Görünən odur ki, onlar bu cür qarşıdurmanı çox arzulayırlar. Ermənilər təxribat törətmək, ara qarışdırmaq məsələsində olduqca ustadırlar. Biz onların məkrindən, hiyləsindən hər an özümüzü gözləməliyik. Bu gün İran dövlətinin adı İran İslam Respublikası gedir. Ona islam qənim olsun. İran İslam Respublikasında ermənilərin sayı çox azdır. Bir neçə yüz mindir. Ancaq buna baxmayaraq, Iran dövlətinin siyasətində, iqtisadiyyatında, maliyyəsində onlar söz haqqına sahibdirlər. Bu yaxınlarda ayətullah ermənilərlə görüş keçirdi. Orada səsləndirildi ki, ermənilərlə farsların kökü eynidir, qohum millətlərdir.

Ermənilər heç bir fürsəti əldən buraxmır, bundan mümkün qədər istifadə etməyə çalışırlar. Buna görə də biz ayıq-sayıq olmalı, ermənilərin təxribat və məkrinə qarşı mübarizəmizi gücləndirməliyik”x9d.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO