“Rusiya Türkiyənin hərbi-siyasi iradəsinə təsir göstərə bilməyəcək”x9d

“Rusiya Türkiyənin hərbi-siyasi iradəsinə təsir göstərə bilməyəcək”x9d

Hazırda oxunan: “Rusiya Türkiyənin hərbi-siyasi iradəsinə təsir göstərə bilməyəcək”x9d

110758

Son günlər türk mətbuatında Rusiyanın Türkiyəni dörd bir tərəfdən rus hərbi bazaları ilə əhatəyə almağa çalışması ilə bağlı xəbərlər yer almaqdadır. İddiaya görə, Rusiya Türkiyəyə qonşu olan Ermənistan, Suriya kimi dövlətlərdə öz hərbi gücünü artırmaqla yanaşı, yunan Kiprində də öz bazasını yaratmağa cəhd edir ki, məqsəd Türkiyənin hərbi-siyasi iradəsinə təsir göstərmək, bu iradəyə təzyiq göstərməkdir.

Maraqlıdır, Rusiya Türkiyəni rus hərbi bazlalarının zəngiri ilə əhatəyə ala bilərmi? Əgər buna nail olarsa belə, bu yolla Türkiyənin hərbi-siyasi iradəsinə təsir göstərməsi mümkündürmü?

Məsələ ilə bağlı Moderator.az-a açqlama verən Şərq-Qərb Araşdırmlar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Rusiyanın bu yolla heç nəyə nail olmayacağını bildirib:

“Hesab edirəm ki, Türkiyəni rus hərbi bazaları ilə dövrələmək mümkün deyil. Birincisi, yunan Kipri Avropa Birliyinin üzvü olan dövlətdir. Inanmıram ki, Avropa Birliyinə üzv olan dövlətin ərazisində Rusiyanın hərbi baza yaratmasına imkan verilsin. Bunu istisna edirəm. Digər tərəfdən, Rusiya hətta Türkiyəni rus hərbi bazaları ilə əhatəyə alsa da, yenə də heç nəyə nail ola bilməyəcək. Türkiyənin hərbi-siyasi iradəsinə təsir göstərə, ona yön verə bilməyəcək. Çünki Türkiyə NATO dövlətidir, NATO ailəsinin bir üzvüdür. Rusiyanın atacağı bu addımlar Türkiyəyə deyil, həm də NATO-ya qarşı atılan addım olacaq. Təbii ki, belə olan halda NATO Rusiyaya qarşı adekvat tədbirlər görəcək”x9d.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO