Teymur Mustafayevin dəfn olunacağı yer açıqlandı

Teymur Mustafayevin dəfn olunacağı yer açıqlandı

Hazırda oxunan: Teymur Mustafayevin dəfn olunacağı yer açıqlandı

108554
 Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev sabah - iyunun 12-də dəfn olunacaq.

Sfera.az xəbər verir ki, T.Mustafayevin cənazəsi doğulduğu Cəlilabad rayonunun Alar kəndinə aparılacaq.

Onun evində vida mərasimi keçiriləcək. Vida mərasimindən sonra T.Mustafayevin cənazəsi kənd qəbiristanlığında - həyat yoldaşının və oğlunun məzarı yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib.  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb.

Xatırladaq ki, xalq artistinin həyat yoldaşı Təbərrik Mustafayeva ötən il, oğlu Bakıxan Mustafayev isə 2007-ci ildə idarə etdiyi avtomobildə baş verən yanğın zamanı ölüb. (report.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO