Formula 2 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı

Formula 2 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı

Hazırda oxunan: Formula 2 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı

211556

Formula 2 üzrə Azərbaycan Qran-Prisində əsas yarışın qalibləri mükafatlandırılıb.

Bizim.Media xəbər verir ki, birinci yeri “Trident” komandasından Rixard Versxor tutub.

“ART Qrand Priks”in fransalı sürücüsü Viktor Martin ikinci, “Rasinq Prema”dan italiyalı Kimi Antonelli üçüncü olub.

Mükafatı gənclər və idman nazirinin müavini Mariana Vasileva təqdim edib.

Sentyabrın 13-də keçirilmiş birinci sərbəst yürüşdə "Van Amersfoort" komandasının braziliyalı pilotu Enzo Fittipaldi, sıralama turunda isə "Trident"də çıxış edən niderlandlı sürücü Rixard Versxor finişə hamıdan tez çatmışdı.

Ötən gün təşkil olunmuş sprint yarışında isə ən yaxşı nəticəni "PHM AIX Racing" komandasının paraqvaylı pilotu Yosua Dürksen göstərmişdi.

Bu gün, həmçinin saat 15:00-da Formula 1-də əsas yarış başlayacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO