Formula 1: Şarl Lekler Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşünün qalibi olub

Formula 1: Şarl Lekler Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşünün qalibi olub

Hazırda oxunan: Formula 1: Şarl Lekler Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşünün qalibi olub

211336

Bakıda keçirilən “Formula 1 Qatar Aiways Azərbaycan Qran-Prisi 2024” yarışlarının ikinci sərbəst yürüşü başa çatıb.

Bizim.Media xəbər verir ki, yürüşdə 10 komanda mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Ferrari"nin monakolu pilotu Şarl Lekler birinci olub. “Red Bull”un sürücüsü meksikalı Serxio Peres ikinci, “Mercedes”in britaniyalı pilotu Luis Hamilton üçüncü pillədə qərarlaşıblar.

Birinci sərbəst yürüşün qalibi isə “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen olub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO