Formula 1-in üç komandası xərclərin məhdudlaşdırılması qaydasını pozub

Formula 1-in üç komandası xərclərin məhdudlaşdırılması qaydasını pozub

Hazırda oxunan: Formula 1-in üç komandası xərclərin məhdudlaşdırılması qaydasını pozub

147049

Formula 1-in üç komandası 2022-ci ildə büdcənin məhdudlaşdırılması qaydasına əməl etməyib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, iyulun sonunadək Beynəlxalq Avtomobil Federasiyasının keçən il üçün auditi başa çatacaq.  

Həmin il ərzində kollektivlər maşınların hazırlanması və modernləşməsinə, mühərriklərin yığılması və alınmasına, habelə mühəndislərin əməkhaqqına 140 milyon dollardan artıq xərcləyə bilməyiblər. 
Mənbə bildirib ki, bütün komandaların maliyyə reqlamenti çərçivəsində hərəkət etmələrinə dair əsaslı şübhələr var. 

Maliyyə məhdudiyyətinə əməl etməyən komandaların adları açıqlanmır. 2021-ci il auditinin yekunlarına görə, xərclər limitini “Red Bull Racing” və “Aston Martin” komandaları pozub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO