Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman, İqtisadiyyat Nazirliklərinin rəsmiləri "Formula 1" üzrə Azərbaycan Qran-prisində ekoloji dayanıqlılığı dəstəkləyən "Yaşıl post"u ziyarət ediblər.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Bizim.Media-ya bildirilib ki, görüşdə marşalların fəaliyyəti və "Yaşıl post"u digərlərindən fəqləndirən xüsusiyyətlər barədə ziyarətçilərə məlumat verilib. Marşallar eyni zamanda Bakıdakı yarışda marşal təcrübəsi ilə bağlı fikirlərini bölüşüblər.
Sonda marşalların təşəbbüsü yüksək qiymətləndirilib və onlara fəaliyyətlərində uğurlar arzu edilib.
Qeyd edək ki, Bakı Şəhər Halqasının 19.2 döngəsində olan yaşıl marşallar ekoloji davamlılığı təmsil edirlər. Onlar yarışın ətraf mühitə təsirini minimuma endirməyə yönəlmiş təşəbbüslərlə çıxış edirlər.
Bundan başqa, postda ekoloji cəhətdən təmiz ləvazimatlardan istifadə olunur və marşallar təkrar emal oluna bilən materialdan hazırlanmış kombinezonlar geyinirlər.
Bizim.Media
- A-
- A
- A+
Formula 1
03:41 / 29.04.2023
"Formula 1" üzrə Azərbaycan Qran-prisində "Yaşıl post"a baxış keçirildi - FOTO
Hazırda oxunan: "Formula 1" üzrə Azərbaycan Qran-prisində "Yaşıl post"a baxış keçirildi - FOTO
Hazırda oxunan: "Formula 1" üzrə Azərbaycan Qran-prisində "Yaşıl post"a baxış keçirildi - FOTO
133385
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.