"Saakaşvili İvanişvilinin yox, Putinin dustağıdır" - Mişanın yaxın dostu Moderator.az-a danışdı...

Hazırda oxunan: "Saakaşvili İvanişvilinin yox, Putinin dustağıdır" - Mişanın yaxın dostu Moderator.az-a danışdı...

590826
Gürcüstan həbsxanasında ölüm-dirim savaşı aparan eks-prezident Mixail Saakaşvili Almaniyanın "Şpigel"("Spiegel") jurnalına müsahibə verib:
 
 “Mən artıq bu ölkənin (Ukrayna) tarixində öz rolumu oynamışam və azad dünyanın lideri kimi gördüyüm Zelenski ilə işləmək imkanım olduğu üçün inanılmaz dərəcədə şanslıyam.  Gürcüstanın bu müharibədə necə Kremlin gizli müttəfiqinə çevrildiyini görmək isə, əksinə, çox kədərlidir".
 
 
Moderator.az Saakaşvilinin dostu, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq üzrə elmlər doktoru Himət Cavadova bir neçə sualla müraciət edib:
 
- Hikmət bəy, Saakaşvili ilə həbsxanada görüşmək üçün cəhd etmisinizmi?
- Saakaşvili ilə görüşmək üçün Ukraynadan Gürcüstana getmək istəyən şəxslərin demək olar ki, hamısını Gürcüstan hökuməti geri qaytarıb. Buna görə bu məsələ ilə bağlı müraciət etməyin mənası yoxdur.
 
- Onun saxlanma şəraiti doğrudanmı acınacaqlı vəziyyətdədir?
 
- Saakaşvilini saxlanma yeri yaxşı deyildi. Sonradan səhhətinin pisləşməsinə görə onu xəstəxanaya yerləşdirsələr də, orada ona qarşı münasibət çox pis olduğu deyilir.
 
- Onu İvanişvilinin şəxsi dustağı hesab edənlər haqlıdırmı?
 
- İvanişvilin deyil, Putinin dustağı desək, daha düzgün olardı. Çünki İvanişvilini hakimiyyətə gətirib onun iqtidarda qalmasını təmin edən məhz Putindir.
 
- Qərb niyə ondan üz döndərdi və ya üz döndərdiyi görüntüsü yaradılır?
 
- Qərb lazım olanı etdi və edir də. Saakaşvilinin həbsə düşməsinin əsas səbəbkarı gürcü xalqıdır. Xalq ayağa qalxıb Gürcüstanı qısa müddətdə inkişaf etdirən, dünyada tanıdan, ölkəsində korrupsiyanın kökünü kəsən, Gürcüstana demokratiya gətirən liderini xilas etməli idi. Vaxt gələcək, gürcülər indiki hərəkətsizliklərinə görə çox peşman olacaqlar.
 
- Ukrayna hadisələri onun həbsini arxa plana çevirdimi? Ukrayan savaşı olmasaydı ABŞ onun həbsdən azad olunmasına çalışacaqdımı?
 
- Ukrayna Rusiyanı məğlub edib Putin rejimini məhv edə bilsə, MDB məkanında demokratiya dalğasının təsiri ən birinci Gürcüstana olacaq. O halda Saakaşvili də azadlığa çıxacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO