“The Washington Post” yazır ki, Qərbin Rusiyaya qarşı sanksiyalarının nəticələri gözlənildiyindən də zəif olub.
Nəşrin fikrincə, sanksiyalar siyasəti iflasa uğramayıb, lakin “vəziyyət xeyli mürəkkəbdir”. Xüsusən də Rusiyanın cari balansının artması fonunda. Başqa bir dövrdə bu, Rusiya Federasiyasının iqtisadi bərpası demək olardı.
Belə ki, Rusiya banklarının SWIFT sistemindən istifadəsinə qoyulan qadağa və digər məhdudiyyətlər Qərb ölkələrinin gözlədiyi qədər Rusiyaya təsir etməyib. RF tam təcrid olunmayıb.
Vəziyyəti düzəltmək üçün məqalə müəllifi Rusiya əleyhinə iqtisadi tədbirlərin sərtləşdirilməsini təklif edir.





































































































