Payız aylarında COVİD-19 yoluxması arta bilər – Kimlər üçün RİSK VAR? 

Payız aylarında COVİD-19 yoluxması arta bilər – Kimlər üçün RİSK VAR? 

Hazırda oxunan: Payız aylarında COVİD-19 yoluxması arta bilər – Kimlər üçün RİSK VAR? 

92400

“Virus artıq dəfələrlə mutasiyaya uğradığı üçün onun öldürücülük qabiliyyəti sıfırlanıb və xəstəliyin də ağır keçirilmə dərəcəsi çox zəifləyib”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında tanınmış həkim Aydın Əliyev deyib.

Onun sözlərinə görə, oktyabr-dekabr aylarında epidemik alovlanmaların gözlənildiyi bildirilsə də, artıq COVİD-19-un heç bir təhlükəsi yoxdur:

“Payız-qış aylarında epidemik alovlanmanın heç bir təhlükəsi olmayacaq. Hətta son həftələrdə 80-85 yaşındakı şəxslərin virusu adi qrip kimi keçirdiklərini müşahidə etmişəm. Önümüzdəki aylarda yolxuma sayı 1000-i ötsə belə, heç bir təhlükəsi yoxdur. Məhdudiyyətlərin qoyulmasına, insanların panikaya düşməsinə ehtiyac görülmür. Artıq COVİD-19 pandemiyası tarixə qovuşub. Yoluxma sayı artıq bir önəmi kəsb etmir. Ümumiyyətlə, Operativ Qərargaha təklif vermişik ki, koronavirus yoluxma sayını, rəqəmləri artıq yayımlamasınlar”.

Doktorun sözlərinə görə, hazırda mövsümi respirator xəstəliklər bəlkə də koronavirusdan daha çox yayılıb:

“Sadəcə yanaşı xəstəlikləri olan şəxslər: yeni orqan köçürülmüş, ağır qan xəstəliyi, ciddi şəkildə qaraciyər, böyrək həmçinin onkoloji xəstəlikdən əziyyət çəkən şəxslərdə yoluxma baş verdikdə ağır keçirmə riski böyükdür. Bu kateqoriyaya həmçinin ağır şəkər xəstələri və 5-cü dərəcə piylənmədən əziyyət çəkənlər də daxildir. Bunlar təkcə COVİD-19 dan yox, ümumən infeksion xəstəliklərdən özlərini bacardıqları qədər qorumalıdırlar”, - deyə qeyd edən A.Əliyev koronavirus təhlükəsinin artıq sovuşduğunu diqqətə çatdırıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO