Azərbaycanda meymunçiçəyinə yoluxma varmı? – RƏSMİ

Azərbaycanda meymunçiçəyinə yoluxma varmı? – RƏSMİ

Hazırda oxunan: Azərbaycanda meymunçiçəyinə yoluxma varmı? – RƏSMİ

91272

"Azərbaycanda bugünədək meymunçiçəyinə yoluxma qeydə alınmayıb".

Bizim.Media xəbər verir ki, bu sözləri Lent.az-a Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov meymunçiçəyi virusu ilə bağlı danışarkən deyib.

İnfeksionist meymunçiçəyinin ölkəyə gəlməsini istisna etmir:

"Meymunçiçəyi infeksiyası yayılmaqda davam edir. Avqustun 29-a olan məlumata görə, dünyanın 90 ölkəsində 48470 hadisə qeydə alınıb. Azərbaycanda bugünədək belə hal təsdiqlənməyib.
Lakin ınfeksiyanın ölkəmizə gətiriləcəyi istisna deyil. Buna görə müvafiq qurumlar bütün hazırlıq işlərini görməkdədir. Diaqnostik test sistemləri mövcuddur, tibb işçiləri müxtəlif treninqlərdən keçirilir, infeksiyanın idarə olunması üzrə metodiki sənədlər hazırlanıb,əhali mütəmadi olaraq maarifləndirilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO