ÜST-dən homoseksuallara çağırış - “Meymunçiçəyinə yoluxmanı azaltmaq üçün partnyorları azaldın”

ÜST-dən homoseksuallara çağırış - “Meymunçiçəyinə yoluxmanı azaltmaq üçün partnyorları azaldın”

Hazırda oxunan: ÜST-dən homoseksuallara çağırış - “Meymunçiçəyinə yoluxmanı azaltmaq üçün partnyorları azaldın”

85828

“Artan meymunçiçəyi faktlarının böyük əksəriyyəti kişilərlə cinsi əlaqədə olan kişilər arasındadır. Meymunçiçəyi epidemiyasının yayılmasının qarşısını azaltmaq üçün partnyorlarınızın sayını azaldın”. 

Bizim.Media “CNN”ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus açıqlama verib. 

"Ölkələr, qruplar və fərdlər özlərini məlumatlandırsalar, riskə ciddi yanaşsalar və həssas qrupları qorumaq üçün lazım olan addımları atsalar, meymunçiçəyi dayandırıla biləcək bir epidemiyadır” – deyə Gebreyesus qeyd edib. 
O, həmçinin insan hüquqlarını qorumaq üçün xəbərdarlıq edib: "Stiqma və ayrı-seçkilik də hər hansı bir virus kimi təhlükəli ola bilər”. 

Lakin ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin rəsmisi Dr. Demetre Daskalakis CNN-ə müsahibəsində bildirib ki, meymunçiçəyi cinsi yolla ötürülən xəstəlik hesab edilmir, lakin ABŞ-da bu xəstəliyə yoluxmuş insanların əksəriyyəti son zamanlarda cinsi əlaqədə olduğunu söyləyib.  

Onun sözlərinə görə, virus ilk növbədə dəri üzərində fiziki təmas zamanı yayılır. Lakin virus meymunçiçəyi olan birinin istifadə etdiyi çarşaf və ya dəsmal kimi əşyalara toxunmaqla, eləcə də öpüşmə kimi qarşılıqlı əlaqə yolu ilə ötürülə bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO