Azərbaycanda 2026-cı ilədək uşaqların 95%-i peyvəndlərlə əhatə oluanacaq.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.
Sənəddə qeyd edilib ki, Azərbaycanda hazırda uşaqların 87%-i peyvəndlərlə əhatə olunub.
Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə 2022‒ 2026 illərdə uşaqların 95%-nin peyvəndlərlə əhatə olunmasını təmin etməlidir. Bununla da uşaqların sağlamlıq səviyyəsinin artması və uşaqlar arasında yoluxucu xəstəliklərin azalmasına nail olunacaq.
Bizim.Media
- A-
- A
- A+
COP29
13:44 / 22.07.2022
Azərbaycanda uşaqların 95%-i peyvəndlərlə əhatə olunacaq
Hazırda oxunan: Azərbaycanda uşaqların 95%-i peyvəndlərlə əhatə olunacaq
Hazırda oxunan: Azərbaycanda uşaqların 95%-i peyvəndlərlə əhatə olunacaq
84913
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.