Qulağınız tutulubsa, bunları edin

Qulağınız tutulubsa, bunları edin

Hazırda oxunan: Qulağınız tutulubsa, bunları edin

80725

Soyuqdəymə, dənizdə qulağa suyun qaçması və bir çox səbəbdən qulaqda iltihab yarana və onun tutulmasına səbəb ola bilər. Belə hallar çox vaxt şiddətli ağrılarla müşahidə olunur. Problemi həll etmək üçün ilk olaraq həkimə müraciət etməyiniz tövsiyə olunur. Həmçinin, bəzi üsullardan istifadə edərək də qulaqların sağalmasına yardımçı ola biilərsiniz.

Bizim.Media qulaq tutulmalarını sağaldan vasitələri və istifadə üsullarını təqdim edir.

Zeytun yağı

1 çay qaşığı zeytun yağını bir neçə saniyə isitdikdən sonra qulaq çubuğu ilə tutulmuş qulağa çəkin. Bu zaman yağın içəriyə doğru axa bilməsi üçün əks tərəfə doğru uzanın və 5 dəqiqə gözləyin. Zeytun yağı qulaqda tıxanmaya səbəb olan faktorları təmizləyərək qurudacaq.

Sarımsaqlı zeytun yağı

1 doğranmış sarımsağın üzərinə 1 qaşıq zeytun yağı əlavə edib isidin. İstifadə edərkən temperaturuna diqqət edin. Qulaq çubuğu ilə tutulmuş qulağa çəkin. Bu, iltihab səbəbindən yaranan problemlər üçün təsirlidir.

Alma sirkəsi

Tozun səbəb olduğu qulaq infeksiyaları və ya tutlmaları üçün alma sirkəsi müalicəvidir. Damcı şəklində çox olmamaq şərti ilə qulağa tökün. Bunu çöp vasitəsi ilə də edə bilərsiniz.

Çay ağacı yağı

İltihab səbəbindən tutulma zamanı 1 stəkan qaynar suya bir neçə damcı çay ağacı yağı əlavə edərək qarışdırın. Bu zaman qulağınızı çıxan buxara yaxın tutun.

Soğan suyu

Soğan antibiotik təsiri ilə bu problemdən qurtulmaqda da sizə yardımçı olacaqdır. Soğanın suyunu sıxın, qulağınıza eyni qayda ilə damcıladın. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO