Covid keçirən xəstələrin yaddaşı niyə bərpa olunmur? – Həkim SƏBƏBLƏRİ AÇIQLADI

Covid keçirən xəstələrin yaddaşı niyə bərpa olunmur? – Həkim SƏBƏBLƏRİ AÇIQLADI

Hazırda oxunan: Covid keçirən xəstələrin yaddaşı niyə bərpa olunmur? – Həkim SƏBƏBLƏRİ AÇIQLADI

78470

Qısa bir zaman ərzində sağlamlığımıza qənim kəsilən Covid-19-un yaratdığı fəsadlar hələ də bitməyib.

Xüsusilə karonaya yoluxmuş insanlarda yaddaşsızlıq problemini necə aradan qaldırmaq barədə hələ də cavabını tapmayan suallar yaranıb.

Həkim-terapevt Rasif Bağırov Bizim.Media-ya açıqlamasında Covid pandemiyası zamanı virusa yoluxduqdan sonra sağlamlığını bərpa edən insanların yaddaşsızlıq problemi Covid-19 virusu ilə bağlı olmadığını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Son sutkada daha 15 nəfər koronavirusa yoluxdu


Rasif Bağırov bu probleminin bütün dövrlərdə məhz nevrotik hal ilə əlaqədar olduğunu söyləyərək problemin yaranma səbəbini bu cür şərh edib:

“Nevrotik hal yarandığı zaman ilk növbədə yaddaş itir. Daha sonra isə digər fəsadlar özünü biruzə verməyə başlayır. Yaddaşsızlığın Covid-19-la yeganə əlaqəsi  insanlarda qorxu hissinin yaranması ilə bağlıdır. Pandemiya zamanı kütləvi halda insanların ölüm xəbərlərinin yayılması xəstəliyə yoluxmuş insanlarda qorxunun beyin üçün ən zərərli forması olan ölüm qorxusunu yaratdı. Bunun nəticəsində isə insan beyninin nevroza həssas hissələri qabarmağa başladı”.

Ekspert iddia edir ki, yaddaş pozğunluqu olan insanların hər hansı birini müayinə etsək onların bu və ya digər dövrlərdə ciddi nevroloji bir problem yaşadığını, yaxud da həyatının hansısa bir nöqtəsində sinir sistemini zədələyəcək psixoloji bir məqamla üzləşdiyini asanlıqla görə bilərik.
Covid pandemiyasından sağaldıqdan sonra yaddaş pozğunluğu yaşayan insanların müalicəsinə gəlincə isə ekspert bunun ancaq sinir sistemini müayinə etdirmək və həkim nəzarəti altında nevrozdan müalicə almaqla mümkün olduğunu vurğulayıb:

“Məlumdur ki, karona keçirdikdən sonra sağalan  insanlar yaddaşlarını gücləndirmək üçün öncə yaddaş gücləndirici dərmanlar qəbul etməyə başlayacaqlar, lakin bu onlara heç bir effekt verməyəcək.Bunun üçün yalnız nervpotoloqa müraciət etmək və təyinat əsasında mərhələli müalicə götürmək lazımdır”, - deyə ekspert fikirlərini yekunlaşdırıb.

Leyla Şah, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO