"Azərbaycanda peyvəndləmə göstəricisi olduqca yaxşıdır" - ÜST nümayəndəsi 

Hazırda oxunan: "Azərbaycanda peyvəndləmə göstəricisi olduqca yaxşıdır" - ÜST nümayəndəsi 

71684

"COVID-19 əleyhinə vurulan peyvəndlərin mövsümi xarakter alması çox effektiv həll olardı". 

Bizim.Media xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Kluge Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı deyib.  

Onun sözlərinə görə, bir doza vurulsun və bitsin dərəcəsinə hələ ki, çatmamışıq:

"Ümumilikdə baxdıqda isə hadisələrin gedişi yaxşıdır. Lakin mən xahiş edərdim ki, hər kəs öz sağlamlığı üçün peyvənd olunsun. Kimsə artıq peyvənd olunubsa, mütləq gücləndirici doza vurdurmalıdır.
Mən dünən Azərbaycan prezidenti tərəfindən qəbul edildim və orada da qeyd etdim ki, burada peyvəndləmə göstəricisi olduqca yaxşıdır. Peyvəndlərin ve tibbi ləvazimatların digər dünya ölkələri ilə paylaşılması təqdirə layiqdir. Buna göre ölkənizə təşəkkür edirəm. Bu qlobal həmrəyliyin möhkəmləndirilməsinə yönəlmiş addımdır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO