"Məktəbli uşaqlara oruc tutmaq məsləhət deyil" - HƏKİM

Hazırda oxunan: "Məktəbli uşaqlara oruc tutmaq məsləhət deyil" - HƏKİM

69538

“Oruc tutan zaman uzun müddət ac qalıb, axşam çox qidalandıqda həzm sistemi narahat olur. Bu zaman köp, epiqastral ağrılar yaranır”.

Bizim.Media xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-terapevti Jalə İbrahimova deyib.

Onun sözlərinə görə, bu səbəbdən yatmazdan iki saat əvvəl qida qəbulunu dayandırmaq lazımdır.

“Bundan əlavə, məktəblilərə, ali məktəbə hazırlaşanlara, zehni fəaliyyətlə məşğul olanlara oruc tutmaq məsləhət görülmür. Çünki uzun müddət ac və susuz qalmaq zehni fəaliyyətə mənfi təsir göstərir”, - terapevt qeyd edib. (Medicina.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO