Mart-Aprel ayında bu xəstəlikləri olan şəxslər ehtiyatlı olsun - Həkimdən XƏBƏRDARLIQ - VİDEO

Mart-Aprel ayında bu xəstəlikləri olan şəxslər ehtiyatlı olsun - Həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda oxunan: Mart-Aprel ayında bu xəstəlikləri olan şəxslər ehtiyatlı olsun - Həkimdən XƏBƏRDARLIQ - VİDEO

66249

Qış fəslini geridə qoyub, yaz ab-havasına daxil olururuq. Bu ərəfələrdə bir çoxları yazın soyuq günəşinə aldanıb nazik geyimlərə üstünlük verir. Nəticədə qışdan yeni çıxan orqanizmin immun sistemi zəif olduğu üçün xəstəliklərlə mübarizə çətinləşir. Yazda "qan qaynayan vaxtdır" ifadəsini də əbəs yerə deməyiblər. 

Həkim-terapevt Rasim Bağırov Bizim.Media-ya yaz fəslində orqanizmdə baş verən prosesləri açıqlayıb. Onun sözlərinə görə bu fəsildə bəzi xroniki xəstəliklər kəskinləşə bilər:

"Təbiətdə oyanma baş verdiyi kimi, insan orqanizmi də yazda oyanmağa, yenilənməyə başlayır. Bəzi vitaminlər, minerallar var ki, onlara qarşı insanlarda tələbat digər aylara nisbətən daha çox artmış olur. Onlar yetərincə təmin olunmayanda orqanizmdə müxtəlif xroniki xəstəliklərin baş qaldırdığını görə bilərik. 
 

MÖVZU İLƏ BAĞLI:

Yeməkdən sonra etdiyimiz 7 BÖYÜK SƏHV


Yaz mövsümündə əsasən allergiyası olan "vazmotor rinit" lər aktivləşməyə başlayır. Digərləri isə mədə-bağırsaq və ürək sistemi xəstəlikləri ilə bağlıdır. Yaz fəslində daha çox kəskinləşən xəstəliklər allergiya, mədə-bağırsaq xəstəlikləridir. Hansı ki, bu xəstələr il boyu stabil, remisiya vəziyyətindədirsə, yazqabağı onlarda artıq həmin xəstəliklərə qarşı günlük şikayətlər başlayır. Üstəlik, yazda ağacların, çiçəklərin tozlanma periodunda havada uçuşan toz hissəcikləri daha çox allergik xəstəliklərdən allergik rinit, astma, bronxial astmanın kəskinləşməsinə gətirib çıxarır".

Sadalanan xəstəliklərdən əziyyət çəkən şəxslər nə etməlidir? 

"Ona görə də allergiyası olan insanlar profilaktik tədbirlər görməlidir. Həmin xəstəliklərin kəskinləşməsinin qarşısının almaq üçün mütləq həkimə müraciət etmək lazımdır.

Sağlam insanlar yaxşı olar ki, ümumi müvazinəti qaldırmaq üçün kompleks vitaminlər, dərmanlar qəbul etsinlər. Onlar həmçinin bol vitaminli qidalara üstünlük verməli, həm də digər mövsümi xəstəliklər baxımından insanlarla sıx təmasdan çəkinməlidirlər. Açıq havada çox olmalı mümkünsə, səhər saatlarında təmiz havada idman hərəkətlər edərək bədənin ümumi müqaviməti, immunitetini artırmağa çalışsınlar".

Baxin, ürək-damar xəstəlikləri olan insanlara xüsusi tövsiyyəmiz var: 

Bilirsiniz ki, yaz coşqudur, qarlar, buzlar əriyər sel-daşqın olar. İnsan orqanizmi də elədir, bədəndə qan dövranında durulma, “sel-daşqın” baş verir. Sel isə daş-kəsək gətirdiyi kimi, bədəndəki trompları da yerindən silkələyə bilər.

Ona görə də ürək-damar xəstələri yazın gəlişi ilə həyat tərzlərinə fikir verməlidirlər. Yüngül gəzinti, çox ağır fiziki yük vermədən gündəlik artımla bədəni alışdırmaq. Çoxlu təmiz çiy su içmək, yaxşı olar ki, limonlu su olsun.

Qida qəbulunda daha çox yeni çıxan göy-göyərti və tərəvəzlərə üstünlük vermək lazımdır. Hətta mümkün olarsa, hər səhər damarların elastikliyini və qanın tərkibini təmizləyən belə bir qarışım qəbul etsinlər.

Sadalayırıq:

200 q. təmiz su, 1 xörək qaşığı limon şirəsi, 15 ədəd (sap, qıça) cəfərini xırda doğrayıb blendərdə qarışdıraraq içməli hala gətirib 15 gün səhər-səhər acqarına yeməkdən 40-45 dəqiqə əvvəl qəbul etmək.

Bu sizin, ödünüzü, qaraciyərinizi təmizləməyə xidmət etməklə bədənin ən vacib filteri olan qaraciyəri qanın təmizlənməsi üçün hazır tutacaq.

Bundan başqa Türkiyəli professor Saracoğlunun da bir resepti var. Onu da video şəkilində diqqətinizə təqdim edirik:

Sağlamlıq ən gözəl nemətdir, sizdən Vətənimiz, xalqımız naminə xahiş edirik, lütfən sözün bütün mənalarında sağlam olun!

Səkinə Yusibli, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO