Həkimlər niyə AĞ RƏNGDƏ GEYİNİRLƏR?

Həkimlər niyə AĞ RƏNGDƏ GEYİNİRLƏR?

Hazırda oxunan: Həkimlər niyə AĞ RƏNGDƏ GEYİNİRLƏR?

6492

Hazırda koronavirusla mübarizədə həkimlər "ön cəbhə"də mübarizə aparırlar. Bir çox ölkələr bununla bağlı həkimlərə dəstək xarakterli aksiyalar keçirilir. Hətta Braziliyanın Rio de Janeyro şəhərindəki Korkovado dağında yerləşən İsa Məsihin məşhur heykəlinə, ağ həkim xalatı "geyindirilib". Maraqlıdır, həkimlər niyə çox zaman ağ rəngdə geyinirlər?

Müasir tibb müəssisələrində mavi və yaşıl rəngli xalatlar getdikcə daha çox görünsə də, ağ xalatlar həkimlər üçün hər zaman əvəzedilməz qalacaq.

Bizim.Media xəbər verir ki, dünya həkimlərinin səksən faizi ağ xalat geyinir.

On doqquzuncu əsrin ortalarına qədər həkimlərin xüsusi forması olmayıb. Qədim zamanlarda həkimləri üzdən tanıyırdılar. Ona görə də geyimin onlar üçün heç bir əhəmiyyəti olmurdu.

Tibb işçilərinin ağ xalat geyinməsini ilk dəfə ingilis həkimi Cozef Lister tərəfindən düşünülmüşdür. Çünki o, ağ rəngin antiseptik xüsusiyyətlərə malik olduğunu düşünürdü.

Sonralar ağ xalatla cərrahın peşəkarlığını xarakterizə etməyə başladılar.

Belə ki, onun xalatı qanla nə qədər az ləkələnirdisə, bacarığı da o qədər yüksək qiymətləndirilirdi. Getdikcə, ağ xalatlar tibbdə daha çox yayılmağa başladı.

Bir müddətdən sonra İngiltərədə ağ xalatın tibbdə lazım olub- olmaması barədə müzakirələr başladı. Lakin, kolorimetriya elminin göstərdiyi kimi, ağ rəng insanın düşüncəsinin saflığını və dürüstlüyünü ifadə edir, xəstələr tərəfindən daha yaxşı qəbul edilirdi. Təsadüfi deyil ki, ruhani liderlər hər zaman ağ paltar geyinirlər.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO