İngiltərədə üzə çıxan yeni koronavirus ştammının artıq Azərbaycanda olmaq ehtimalları var. Qonşu Gürcüstanda bu ştammın qeydə alınması haqda məlumatlar yayılıb.
Bir ilə yaxındır dünya koronavirus pandemiyasına qarşı mübarizəyə səfərbər olunub. Yeni tip koronavirus (SARS-CoV-2) yayılmağa başlayandan bəri dünyada 77 milyondan çox insanda infeksiya aşkar edilib. 1,69 milyon nəfərdən çox insan infeksiya nəticəsində dünyasını dəyişib.
Son vaxtlar isə koronavirusun yeni, daha virulent forması ortaya çıxıb.
Yeni ştammın əvvəlkindən 70 faiz daha çox sürətlə yayıldığı və daha çox ölüm nisbətinə səbəb olduğu məlum olub.
Böyük Britaniyada aşkarlanan yeni tip koronavirusa yoluxma hallarının artması virusun mutasiyaya uğramasından qaynaqlanır. Artıq koronavirusun yeni ştammı İsveçrə, Fransa və Nigeriyada aşkar edilib. Gürcüstanda da koronavirusun virulent formasının mövcudluğu istisna edilmir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla Bizim.Media saytına açıqlamasında koronavirusun yeni ştammının Azərbaycanda da rast gəlinə biləcəyinin mümkünlüyünü bildirib.
''Yeni ştamm Cənubi Afrikada immunodefisit, SPİD daşıyıcısı olan xəstənin qanında tapılıb. Orqanizmdə, hüceyrələrdə bu virus mutasiyaya uğrayıb, qalıb və yeni bir xassə əldə edib. İsveçrə, Fransa və Nigeriyada da virusun mutasiyaya uğramış bu növünün olması realdır''.
''Bəziləri hesab edir ki, İngiltərədə və Cənubi Afrikada bu virus ayrı ayrı vaxtlarda mövcud olub. Bəziləri isə deyir ki, yeni ştamm İngiltərədən gəlib''.
''Dünya qloballaşıb və Azərbaycanda da bu xəstəliyin olması tam realdır. Onu bir nəfər xəstə gətirib daşıya bilər. Bu baxımdan ölkədə sərt karantin tətbiq edilib ki, bu işlərə nəzarət edilsin. Çalışmaq lazımdır ki, ölkəmizə koronavirusun bu yeni ştammı daşınmasın'',- deyə həkim əlavə edib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
COP29
13:23 / 26.12.2020
Koronavirusun öldürücü ştammı Azərbaycana keçib? – Professordan yeni təhlükə xəbərdarlığı
Hazırda oxunan: Koronavirusun öldürücü ştammı Azərbaycana keçib? – Professordan yeni təhlükə xəbərdarlığı
Hazırda oxunan: Koronavirusun öldürücü ştammı Azərbaycana keçib? – Professordan yeni təhlükə xəbərdarlığı
6451
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.