''Zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır'' - TƏBİB 

''Zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır'' - TƏBİB 

Hazırda oxunan: ''Zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır'' - TƏBİB 

5219

Xəbər verdiyimiz kimi bir müddət əvvəl Saray modul tipli xəstəxanada müalicə alan koronavirus xəstələri və tibb personalı arasında qida zəhərlənməsi baş vermişdi.

Bizim.Media olaraq xəstələrin son vəziyyəti barədə öyrənmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə (TƏBİB) əlaqə saxladıq. TƏBİB-in İcatimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış bildirib ki, hazırda zəhərlənən xəstələrin vəziyyəti yaxşıdır.

MÖVZU İLƏ BAĞLI:

Saray qəsəbəsində modul tipli xəstəxanada zəhərlənmənin təfərrüatları – ZƏRƏRÇƏKƏNLƏR DANIŞIR

“Bütün zəhərlənən xəstələrə yerindəcə lazım olan tibbi yardım göstərilib. Hazırda bütün zəhərlənənlərin vəziyyəti yaxşıdır, onlar normal həyata qayıdıblar. İş üzrə müvafiq qurumlar araşdırma aparırlar, yaxın günlərdə bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, bir müddət əvvəl Saray modul tipli xəstəxanada 70 nəfərdən çox xəstə və tibb personalı “Fresh catering” şirkəti tərəfindən çatdırılan qidadan zəhərləniblər.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO