Özəl xəstəxanalarda icbari tibbi sığortadan istifadə QAYDASI – Ekspertdən AÇIQLAMA 

Özəl xəstəxanalarda icbari tibbi sığortadan istifadə QAYDASI – Ekspertdən AÇIQLAMA 

Hazırda oxunan: Özəl xəstəxanalarda icbari tibbi sığortadan istifadə QAYDASI – Ekspertdən AÇIQLAMA 

46879

“Noyabrın 19-dan etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi daha 8 tibb müəssisəsi ilə müqavilə imzalayıb. Əvvəlki dövrlə birlikdə, razılaşma əldə olunan özəl xəstəxanaların sayı 27-ə çatıb.

Ümumilikdə, Ramin Bayramlının TƏBİB-dən istefasından sonra, bu sayda iki dəfə artım olub. Belə ki, onun rəhbərliyi dövründə əməkdaşlıq edilən müəssisələrin sayı 9 idi”. 

Bu fikirləri Bizim.Media-ya müsahibəsində sığorta eksperti İlkin İbrahimov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bu xəstəxanalarda müalicə PULSUZ OLDU - SİYAHI


Belə ki, icbari tibbi sığorta ilə bağlı vətəndaşlar arasında ən çox səsləndirilən suallara aydınlıq gətirən ekspert ümumilikdə özəl müəssisələrlə əməkdaşlığın genişləndirilməsini müsbət hal kimi qiymətləndirib:

“İTS-ilə bağlı əvvəllər də vətəndaşlar arasında müəyyən narazılıq yaranırdı. Əhali arasında tez-tez “Nəyə görə əsasən dövlət tibb müəssisələrinə lisenziyalar verilir?”, - sualı ətrafında müzakirələr aparılırdı. Lakin indiki situasiyada, özəl müəssisələrə lisenziyanın verilməsi prosesinin yavaş templə də olsa davam etməsi müsbət haldır”.

“Özəl müəssisələr üçün İcbari Tibbi Sığorta haqqında qanundan müəyyən müddəalar öz əksini tapıb və yalnız həmin kriteriyalara cavab verən qurumlara müvafiq lisenziya verilir”, - deyə qeyd edən İlkin İbrahimov özəl müəssisələrdə icbari tibbi sığorta çərçivəsində tətbiq olunan müayinə və müalicə prosedurlarına da aydınlıq gətirib:
 

“Özəl xəstəxanalarda vətəndaşların icbari tibbi sığorta ilə müayinə və müalicə prosedurları da məhz həmin qanunla tənzimlənir. Qanuna əsasən, ilk növbədə vətəndaşlar ailə həkimlərinə müraciət etməlidirlər.


Sonra isə, vətəndaşlar ailə həkimləri tərəfindən dövlət xəstəxanalarına olduğu kimi, həmin özəl müəssisələrə də göndərişlər vasitəsilə yönləndirilə bilərlər. Bu zaman vətəndaşlar İcbari Tibbi Sığorta Agentliyinin xidmətlər zərfinə daxil olan müalicə və müəyinə prosedurları çərçivəsində əlavə ödəniş etmədən tibbi xidmətlərdən yararlana bilərlər”.

Sığorta ekspertinin sözlərinə görə, ailə həkimlərindən göndəriş olmadan həmin özəl müəssisələrə müraciət edən şəxslər icbari tibbi sığortadan yararlana bilməyəcəklər:
 

“Digər hallar üçün isə, müəssisələr özəl olaraq özlərinin qərarlaşdırdığı ödənişlərlə vətəndaşlara xidmət göstərirlər. Bir sözlə prosedur qaydalarını gözləmədə, siyahıda adı olan özəl tibb müəssisələrinə müraciət edən vətəndaşlar öz hesablarına müayinə və müalicə xidmətlərindən yararlana bilərlər”.


Qeyd edək ki, 1 aprel 2021-ci il tarixindən etibarən bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinə start verilib.

Murad Əhmədov, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO