İçərişəhərdə parkinq problemi - Niyə sürücülərə ödəniş qəbzi verilmir?

İçərişəhərdə parkinq problemi - Niyə sürücülərə ödəniş qəbzi verilmir?

Hazırda oxunan: İçərişəhərdə parkinq problemi - Niyə sürücülərə ödəniş qəbzi verilmir?

46252

Bakıda bir sıra parkinq yerlərində sürücülərin rahatlığı təmin olunmur. Bəzi parkinq yerlərində parkomat problemləri yaşansa da, əksi olaraq digərlərində bu qurğu düzgün istifadəyə verilmir. 

Bizim.Media-ya daxil olan şikayətlərə əsasən, İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğunun parkinq hissəsi də dediyimiz problemli yerlərdən biridir. 

Şikayətdə qeyd edilir ki, sürücü kartla parkinq hissəyə daxil olsa da, qoruq ərazisində əvvəllər fəaliyyət göstərən parkomatların heç biri işləmir.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda qanunsuz parkinqlə bağlı SƏRT TƏDBİRLƏR başladı


Sürücülər qoruq ərazisini tərk edən zaman isə onlardan ixtiyari qiymət tələb olunur və əvəzində qəbz verilmir. Bu vəziyyət artıq bir aya yaxındır ki, bu cür də davam edir. 

Bizim.Media olaraq məsələ ilə bağlı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi Səfayə Əhmədova ilə əlaqə saxladıq.

O, şikayətin əsassız olduğunu və hər hansı qəbz probleminin yaşanmadığını bildirdi. Qeyd etdi ki, ödəniş çekini almaq üçün nəqliyyat sahibi xəzinədara yaxınlaşmalıdır: 

“İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi publik hüquqi şəxsdir. Burada parkinq qiyməti 1 saat üçün 2 manatdan hesablanır. Qəbzin verilməsi ilə bağlı problem yoxdur. Sadəcə kassaya yaxınlaşıb ödəniş edərək qəbzi ala bilərsiniz”. 

Səkinə Yusibli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO