Xərçəng xəstəliyinin effektiv müalicəsi üçün YENİ ÜSUL tapıldı 

Xərçəng xəstəliyinin effektiv müalicəsi üçün YENİ ÜSUL tapıldı 

Hazırda oxunan: Xərçəng xəstəliyinin effektiv müalicəsi üçün YENİ ÜSUL tapıldı 

44562

Alimlər xərçəng xəstəliyi ilə mübarizə aparmağa kömək edən parazit aşkarlayıblar. 

Bizim.Media xəbər verir ki, bununla bağlı tədqiqat “Journal for ImmunoTherapy Cancer” jurnalında dərc olunub. 

Britaniyanın Nottingem, Çinin Ninbo universitetləri və Şansi Kənd Təsərrüfatı Universitetinin alimləri qeyd ediblər ki, “Toxoplasma gondii” paraziti orqanizmdə yaşayır və onun immun müdafiəsinə qarşı çıxmaq üçün çoxlu miqdarda zülal ifraz edə bilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Heyvanın bilmədiyimiz faydaları - Xərçəng riskini azaldır, immuniteti gücləndirir…


Tədqiqatçılar siçanlar üzərində apardıqları təcrübədə bu parazitin çoxalma qabiliyyəti məhdud olan mutant ştammını yaradıblar. Bir iynənin köməyi ilə mütəxəssislər onu gəmiricilərin "soyuq" şişlərinə birbaşa yeridiblər.  

Nəticədə şiş yerində iltihab başlayıb, immun nəzarət nöqtələrinin effektivliyi və heyvanların sağ qalması artıb. Eyni zamanda şişin böyüməsi ləngiyib. 

Onkoloqlar yaxın gələcəkdə insanlar üçün şişlərin müalicəsinin sxemlərini hazırlamaq üsulunun alınacağına ümid edirlər.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO