EKSPERT: “Deksametazon yüngül COVİD-19 xəstələri üçün təhlükəlidir”

EKSPERT: “Deksametazon yüngül COVİD-19 xəstələri üçün təhlükəlidir”

Hazırda oxunan: EKSPERT: “Deksametazon yüngül COVİD-19 xəstələri üçün təhlükəlidir”

3391

Ağır COVİD-19 xəstələrini ölümdən xilas edən “deksametazon” preparatını istənilən xəstəyə təyin etmək təhlükəlidir. 

Bunu Bizim.Media-ya müsahibəsində professor, pulmonoloq Əlizamin Sadıqov bildirib. 

Ekspert həkimlərə müraciət edərək qeyd edib ki, hər xəstəyə deksametazonun təyini zərər verə bilər: 

“Deksametazon yalnız ağır xəstələrə verilə bilər. Ciddi ağciyər zədələnməsi, tənəffüs çatmamazlığı olduğu halda, stasionar şəraitdə, yalnız xəstəliyin başlanğıcından 8-10 gün keçdikdən sonra bu preparatı tətbiq etmək olar”.

Ekspert qeyd edir ki, istənilən xəstəyə bu preparatı təyin etdikdə virusun orqanizmdən çıxma müddətini uzatmaq kimi yan təsirləri sübuta yetirilib: 

“Normal vəziyyətdə virus orqanizmdən 10 günə çıxacaqsa, ehtiyac olmadan deksametazon təyin olunduqda, bu müddət 20-30 gün uzana bilər”.

Təranə Mirzəyeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO