Koronavirus daha çox kişiləri öldürür – SƏBƏB 

Koronavirus daha çox kişiləri öldürür – SƏBƏB 

Hazırda oxunan: Koronavirus daha çox kişiləri öldürür – SƏBƏB 

33671

Kişilərdə, hormonal sistemin xüsusiyyətlərinə görə, koronavirusdan ölmə ehtimalı qadınlardan daha yüksəkdir. 

Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı allerqoloq-immunoloq Vladimir Bolibok bildirib. 

Həkimin sözlərinə görə, bu, kişilərdə testosteronun fəaliyyəti ilə əlaqədardır. 

"Onlarda antikor istehsalının səviyyəsi bir qədər aşağıdır", - deyə mütəxəssis qeyd edib. 

Bolibok qadınların immunitet sisteminin virusa təsir etdiyini, anticismlərin yoluxmuş hüceyrələrə nüfuz etməsinin daha asan olduğunu vurğulayıb. 

"Bu qadına xas xüsusiyyətin digər tərəfi də var – onlarda anticismlər bədən hüceyrələrinə hücum etdikdə autoimmun xəstəliklərə daha çox rast gəlinir", - deyə o əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO