Azərbaycanda COVİD-ə yoluxanların 94 %-də Delta ştammı aşkarlanıb

Azərbaycanda COVİD-ə yoluxanların 94 %-də Delta ştammı aşkarlanıb

Hazırda oxunan: Azərbaycanda COVİD-ə yoluxanların 94 %-də Delta ştammı aşkarlanıb

33480

“Delta ştammı xüsusi sürətlə yayılır. Biz onu Azərbaycanda aşkarlayandan sonra bilirik ki, hazırda ölkəmizdə yayılan ştamm Delta ştammıdır”.

Bizim.Media xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, hər bir xəstənin Delta yaxud Alfa ştammı olmasının təyin olunmasının tibbi heç bir əhəmiyyəti yoxdur:

“Bizə əsas əhəmiyyətli olan xəstənin vəziyyətdir”.
 

MÖVZU İLƏ BAĞLI:

"Ölkədə 6 milyon ümumi doza vaksin vurulub” – TƏBİB-in nümayəndəsi


Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə deyib ki, Azərbaycanda hazırda 94 % yayılan Delta ştammıdır. Bununla bağlı tədqiqat aparılmışdı. Ona görə də maskadan istifadə çox mühümdür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO