Azərbaycanda yayılan qripə bənzər xəstəlik “Delta”-dır? – Rəsmi açıqlama gözlənilir

Azərbaycanda yayılan qripə bənzər xəstəlik “Delta”-dır? – Rəsmi açıqlama gözlənilir

Hazırda oxunan: Azərbaycanda yayılan qripə bənzər xəstəlik “Delta”-dır? – Rəsmi açıqlama gözlənilir

30463

Son zamanlar Azərbaycanda, o cümlədən də Bakı şəhərində əhali arasında infeksion xəstəlik yayılıb. Ürəkbulanması, ishal, bədən temperaturunun 38 dərəcəyə qədər artması, iştahsızlıqa müşayyət olunan bu xəstəliyin ömrü əksər hallarda iki-üç gün çəkir. Yoluxucu olduğu müşahidə olunur. Əhali arasında bunun koronavirusla, onun “Delta” ştammı ilə əlaqəsinin olub-olmaması ilə bağlı narahatlıq var.
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirus və qripin fərqi nədir?


Professor Adil Qeybulla Bizim.Media-ya açıqlamasında bildirib ki, yayılan xəstəliklə bağlı müvafiq qurumlar açıqlama verməlidirlər: 

“Yuxarı tənəffüs yollarının xəstəliyinə səbəb olan xeyli bakteriyalar var. Törədici mikrorqanzm identifikasiya olunmalıdır, bundan sonra konkret olaraq hansı resperator xəsəlikdən söhbət getməsi ilə bağlı konkret qurumlar məlumat verməlidirlər”.

Bunun koronavirus olması ilə bağlı ehtimala gəlincə, Adil Qeybulla “ola da bilər” deyərək, əlavə edib: 

“Delta” ştammının müxtəlif davranış sərgilədiyi məlumdur: Yoluxmada artım da gözqabağındadır”.

Xatirə Nəsirli,Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO