Siqareti tərgitmək istəyənlər üçün - XÜSUSİ İÇKİ

Siqareti tərgitmək istəyənlər üçün - XÜSUSİ İÇKİ

Hazırda oxunan: Siqareti tərgitmək istəyənlər üçün - XÜSUSİ İÇKİ

26171

Siqareti tərgidən insanların ən böyük problemlərindən biri səhər oyandıqlarında hiss etdikləri nikotin ehtiyacıdır.

Bədən və beyin bu zəhərin varlığına o qədər alışıb ki, siqareti tərgitdikdə orqanizmdə bir sıra narahatlıqlar ortaya çıxa bilir. Amma istədikdən sonra hər şeyi bacarmaq mümkündür.

Bizim.Media medicina.az-a istinadla siqaret tərgitmək üçün faydalı və təsirli içkinin reseptini təqdim edir:

Lazım olanlar:

1 ədəd limon

1 ədəd portağal

1 ədəd kök

1 çay qaşığı rəndələnmiş zəncəfil

15 üzüm giləsi

1 stəkan jenşen tozu

1 litr su

Hazırlanması:

Zəncəfil və limonun kəskin dadı lazımsız təsirlər üçün mükəmməl bir ikilidir. Qarışımı hazırlayarkən ilk olaraq portağal və limonun suyunu sıxın.

Limonun qabığını atmayın, bir kənarda saxlayın. Kökü yuyub, doğradıqdan sonra əvvəlcədən hazırladığınız limon və portağal suyu ilə qarışdırın. Bu qarışıma jenşen tozunu, rəndələnmiş zəncəfili və üzümləri əlavə edin. Son olaraq limon qabığıyla bərabər suyunu töküb qarışdırın.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO