ÜST yeni təhlükəli koronavirusun ştammlarının meydana gəlməsi barədə xəbərdarlıq edib.
Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, bu səbəbdən qurum insanları daha da diqqətli olmağa çağırıb.
“Biz insanların bu xəstəlikdən yorulduqlarını başa düşürük, ancaq koronavirus hələ məğlub olmadığına görə mübarizə davam etməlidir”.
MÖVZU İLƏ BAĞLI:
“Koronavirus laboratoriya mənşəlidir” - ÜST rəhbərinin ETİRAFI
Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosundan verilən açıqlamaya görə, yaxın gələcəkdə yeni təhlükəli koronavirus ştammları meydana çıxmağa və dünyaya yayılmağa davam edəcək.
Bu səbəbdən ÜST insanları vaksinasiya olmağa və koronavirusun qarşısını almaq üçün bütün lazımi tədbirlərə əməl etməyə çağırıb.
Əks halda Avropada yeni yoluxma ocaqları əmələ gələcək.
Bizim.Media