Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adan Gebreyesus G7 zirvəsində "COVID-19" virusunun laboratoriyadan sızması versiyasını istisna etməyib. O, hesab edir ki, Çin virusun mənbəyini araşdırmağa kömək etməlidir.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "Daily Mail" nəşri yayıb.
MÖVZU İLƏ BAĞLI:
Bu il daha çox ölüm ola bilər - ÜST-dən xəbərdarlıq
"Düşünürəm ki insanlar virusun haradan gəldiyini öyrənməlidirlər, buna layiqdirlər. Bu, gələcəkdə pandemiyanın təkrarlanmasının qarşısını almaq üçün lazımdır", - deyə o, qeyd edib.
Onun sözlərinə görə, koronavirusun mənşəyi ilə bağlı istintaqın başlanğıcında Çin tərəfindən kifayət qədər "şəffaflıq və əməkdaşlıq" göstərilməyib.
Bizim.Media