Koronavirus qulaqları kar edə bilər - DİQQƏT

Koronavirus qulaqları kar edə bilər - DİQQƏT

Hazırda oxunan: Koronavirus qulaqları kar edə bilər - DİQQƏT

2424

Araşdırmalar nəticəsində məlum olub ki, COVID-19-un səbəb olduğu xəstəliklərdən biri də tinnitusdur.

Tinnitus xarici mühitdə səs olmadan qulaqlarda küy eşidilməsi xəstəliyidir.

Bizim.Media xarici KİV-nə istinadən xəbər verir ki, İtaliyada 15 xəstəxanada aparılan tədqiqatlara əsasən COVID-19 müalicəsi alan xəstələrin yüzdə 23-də tinnitus olduğu məlum olub.

Pandemiyadan əvvəl bu pasiyentlərdə görünməyən tinnitusun koronavirusa yoluxmadan sonra yarandığı müəyyən olunub. COVID-19-un sırf tənəffüs yolu xəstəliyi olduğuna baxmayaraq, sinir hüceyrələrinə təsiri və beyinə nüfuz etməsi halları da müəyyən edilib.

Tinnitusu yaradan amillərdən biri də sink çatışmazlığıdır.

B12 çatışmazlığı da tinnitusa səbəb olur. Anemiya və ya həddindən artıq qan hüceyrələrinin olması da tinnitusa zəmin yaradır. Ürək xəstəliyi və ya yüksək qan təzyiqi varsa, tinnitus riski yüksəlir.

Xroniki stress və əsəb gərginliyi də daxili qulağımızdakı damarları daha çox daraldır və sözügedən xəstəliyə zəmin yaradır. Bu səbəbdən də tinnitus sikayəti olduqda sadalanan xəstəlikləri yoxlamaq lazımdır.

Tinnitusun səbəbi erkən həll edildikdə karlığın qarşısını almaq mümkündür. 

Təranə Mirzəyeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO