Bədəndə, qollarda, ayaqlarda durduğu yerdə spontan göyərmələr, dərialtı qançırların əmələ gəlməsi qaraciyərin xəstəliklərinin əlamətlərindən biri ola bilər.
Əgər göyərmələrlə yanaşı bədəndə şişkinlik, yuxululuq, gözlərin saralması da varsa, əsas səbəb qaraciyərdədir.
Bizim.Media medicina-az-a istinadla xəbər verir ki, həkimlər dəridə göyərmələr hepatitin aqressiv gedişatının bir simptomu, ya da sirrozun başlanğıcının siqnalı olduğunu bildirib.
Qaraciyərin funksiyasının pozulması zamanı qanın laxtalanma sintezi də dəyişir, bu qanaxma, qansızma şəklində özünü göstərir.
Bu xəstələrdə trombositlərin sayı azalır, istənilən dəriyə toxunma orda göyərmələr yaradır.
Ona görə qan laxtalanmasında problem olan xəstələr mütlər hepatit və sirrozdan yoxlanmalıdır.
Bu zaman qaraciyəri təmizləyəcək hepatoprotektorlar təyin etmək lazım deyil. Xəstəliyin səbəbi hepatit virusu olduğu üçün virus əleyhinə dərmanlar təyin edilir.
Artıq çəkini azaldın, içkini tərgidin, pəhrizə keçin.
Bizim.Media
- A-
- A
- A+
COP29
06:00 / 08.06.2021
Bədəndə qançır və göyərmələr – Bu təhlükədən xəbər verir
Hazırda oxunan: Bədəndə qançır və göyərmələr – Bu təhlükədən xəbər verir
Hazırda oxunan: Bədəndə qançır və göyərmələr – Bu təhlükədən xəbər verir
23925
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.