Azərbaycanda

Azərbaycanda "Pfizer” vaksininin tətbiqinə başlanılır

Hazırda oxunan: Azərbaycanda "Pfizer” vaksininin tətbiqinə başlanılır

23788

Bu gündən etibarən Azərbaycan vətəndaşları koronavirusa qarşı peyvəndlənmə məqsədi ilə "Pfizer” vaksinindən də istifadə edə biləcəklər.

Bizim.Media xəbər verir ki, vətəndaşların seçim imkanlarını daha da artıran vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyasında başlanacaq.
 

MÖVZU İLƏ BAĞLI:

İki doz peyvənd alanlar bir də peyvənd olunacaqmı? – Vəziyyət gərginləşə bilər


Qeyd edək ki, 18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.

Qeyd edək ki, "Pfizer” vaksini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO