İki doz peyvənd alanlar bir də peyvənd olunacaqmı? – Vəziyyət gərginləşə bilər

Hazırda oxunan: İki doz peyvənd alanlar bir də peyvənd olunacaqmı? – Vəziyyət gərginləşə bilər

20207

Böyük Britaniya payızda, yaşı 50-dən yuxarı olan ölkə vətəndaşlarına yenidən, yəni üçüncü peyvənd olunmağı təklif edəcək. Hazırda İngiltərənin Baş həkimi Kris Uitin rəhbərliyi altında iki peyvənd sınaqdan keçirilir.

Peyvəndlərdən biri xüsusilə koronavirusun yeni ştammlarına qarşı effektiv olacaq. Qeyd edək ki, Britaniyada hazırda “BioNTech”, “Pfizer” və “AstraZeneca” preparatları ilə vaksinasiya aparılır.

Azərbaycanda isə vaksinasiya prosesi iki mərhələdə həyata keçirilir. Mütəxəssislər ölkənin epidemioloji durumuna görə vaksinasiya prosesinin hələki iki mərhələdə aparılmasını məqbul hesab edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

DİQQƏT! Bu insanlar mütləq peyvənd olunmalıdır


Maraqlıdır, yoluxma artsa və ya epidemioloji durum gərginləşsə, peyvəndləmənin üçüncü mərhələsi gündəmə gətirilə bilərmi?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla sözügedən məsələnin hələki aktual olmadığını deyib:

“Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi olsa, yəqin ki, Azərbaycanda da vətəndaşlar peyvəndləmənin üçüncü mərhələsinə cəlb edilə bilər. Belə bir qərar hələki gündəmdə deyil. Bu, epidemioloji vəziyyətdən asılıdır”.

Məlumat üçün bildirək ki, Azərbaycanda əhalinin 15 faizi koronavirus (COVID-19) əleyhinə vaksinasiya olunub.Vaksinasiya olunmayanlar isə hələ ki, ölkə əhalisinin 85 faizini təşkil edir. 

Nazirlər Kabineti yanında Operativ Qərargahın statistikasına görə bu gün birinci mərhələ üzrə 7 957 nəfər, ikinci mərhələ üzrə isə 21 821 nəfər vaksinasiya olunub. 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 milyon 566 min 106-dır. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 987 962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 578 144 təşkil edir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO