Azərbaycan COP29-da Rusiya ilə Xəzərdəki ekoloji problemləri müzakirə etdi

Azərbaycan COP29-da Rusiya ilə Xəzərdəki ekoloji problemləri müzakirə etdi

Hazırda oxunan: Azərbaycan COP29-da Rusiya ilə Xəzərdəki ekoloji problemləri müzakirə etdi

221436

Azərbaycan və Rusiya arasında Xəzər dənizindəki ekoloji problemlərin həlli ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Bizim.Media xəbər verir ki, bu müzakirələr COP29 çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Rusiyanın Su Ehtiyatları Agentliyinin sədri Dmitri Kirillov arasında keçirilən yüksək səviyyəli ikitərəfli görüşdə aparılıb.

Görüşdə qlobal iqlim dəyişikliklərinin təsirləri, transsərhəd su ehtiyatlarının idarə olunmasında tərəfdaşlığın vacibliyi qeyd edilib.

Tərəflər regional əməkdaşlığın gücləndirilməsi, innovativ həllərin inkişafı, birgə su ehtiyatlarının davamlı istifadəsini və qorunmasını təmin etmək üçün bilik mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Bu görüş, hər iki ölkənin davamlı su idarəçiliyini inkişaf etdirmək öhdəliyini bir daha nümayiş etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO