COP29 gündəliyi - 19.11.2024

COP29 gündəliyi - 19.11.2024

Hazırda oxunan: COP29 gündəliyi - 19.11.2024

221332

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir.

Konfransın doqquzuncu gününün proqramını təqdim edirik:

Mavi Zona üzrə tədbirlərlə bu linkə keçid etməklə tanış olmaq mümkündür.

Yaşıl Zona üzrə tədbirlər:

09:00 - 10:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Muğam - Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün başladılması: "Fermerləri iqlim dayanıqlılığı üçün gücləndirmək"

09:15 - 10:15. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", təlim otağı - Aleksandr Pohl ilə nəfəsalma məşğələsi

09:30 - 10:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Hirkan - "Aşağıemissiyalı və dayanıqlı ərzaq sistemləri üçün elm və innovasiya" (FAO və CGIAR ilə birgə təşkil olunub)

09:30 - 11:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 2 - "Xəzərlə tanışlıq: Tehran Konvensiyası vasitəsilə iqlim dəyişikliyinin təsirləri altında sahil dayanıqlılığının və biomüxtəlifliyin qorunması"

10:00 - 10:30. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Salamlama və açılış nitqləri

10:00 - 11:00. Yaşıl Zona tədbirləri, Konfrans otağı / Kainat - "Dayanıqlı kənd təsərrüfatı"

10:00 - 11:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 - "Səmərəli su istifadəsi"

10:00 - 12:00. Yaşıl Zona tədbirləri, Konfrans otağı / Su - "Paris Sazişinin müvəffəqiyyəti üçün effektivliyin artırılması faktoru olaraq özəl sektor investisiyalarının səfərbər edilməsi"

10:15 - 10:30. Yaşıl Zona tədbirləri, Yaşıl Zona Pavilyonu - Şila Bearfut və Parnit Kaur: Poeziya zamanı

10:30 - 10:45. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Sofi Qreqori

10:30 - 12:30. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", təlim otağı - "İqlim Ədaləti Xəritəsi"nə dair təlim və iqlim həllərinin maliyyələşdirilməsi haqqında dialoq

10:45 - 11:00. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Əsas müzakirə

10:45 - 11:00. Yaşıl Zona tədbirləri, Yaşıl Zona Pavilyonu - Kaylum Hedderman

11:00 - 12:00. Yaşıl Zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "Kənd təsərrüfatına baxışlar"

11:00 - 12:00. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Panel sessiyası

11:00 - 12:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Muğam - "COP-dan COP-a aqrar-qida irsləri: qlobal iqlim məqsədlərinə nail olmağın açarı"

11:00 - 12:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Hirkan - İqlim fəaliyyəti üçün üzvi tullantılardan metan azaldılması (ROW) üzrə yüksəksəviyyəli tədbir

11:30 - 13:30. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 2 - İqlimə dayanıqlı kənd təsərrüfatı təcrübələrinin inkişafı üzrə yüksəksəviyyəli Nazirlər Görüşü

12:00 - 12:30. Yaşıl Zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "Adalar, okean və iqlim": COP29-da submilli ada yurisdiksiyalarının rolu

12:00 - 13:00​. Yaşıl Zona tədbirləri, Konfrans otağı / Yer - "Slou Fud" (Slow Food), zəif effekt: Yerli aqroməhsullar ilə dayanıqlı turizmin gücləndirilməsi"

12:00 - 13:00. Yaşıl Zona tədbirləri, Konfrans otağı / Kainat - Lahor sənayesinin karbonsuzlaşdırılması üzrə sessiya, Pəncab, Pakistan

12:00 - 13:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 - "Su dayanıqlılığı və iqlim dəyişikliyi: Kənd təsərrüfatı, infrastruktur və biznesin davamlılığına təsirləri"

12:15 - 12:30. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Əsas müzakirə

13:00 - 14:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Muğam - "Qlobal məqsədlərdən yerli fəaliyyətə: dayanıqlı aqrar-ərzaq sistemlərini gücləndirmək üçün regional təşəbbüslər"

13:00 - 15:00. Yaşıl Zona tədbirləri, Konfrans otağı / Su - "Xəzər dənizi və Davamlı İnkişaf: Ətraf mühitin mühafizəsi"

13:30 - 15:00. Mavi Zona, Sədrlik, Konfrans otağı / Nəsimi - İqlim dəyişmələri mövzusunda maarifləndirmə: "Gənclərin və pedaqoqların kritik rolu"

14:00 - 15:00. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - "Dəyişikliyin toxumları: torpaq sağlamlığı ilə kənd təsərrüfatı və ərzaq təminatının transformasiyası"

14:00 - 15:00. Mavi Zona, Azərbaycan pavilyonu, İstirahət ərazisi - "Slow Food" Fondunun biomüxtəliflik dequstasiyası

14:00 - 16:00. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", təlim otağı - "Ekoloji bilik" tələbə sərgisi

14:30 - 15:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Hirkan - "COP29-da uyğunlaşma fəaliyyətinin sürətləndirilməsi: Milli Uyğunlaşma Planlarının formalaşdırılması və həyata keçirilməsinin sürətləndirilməsi"

15:00 - 15:15. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Zara Hüseynova: "İqlim dəyişikliyi ilə mübarizə üçün karbon bazarları vasitəsilə yerli bioloji müxtəlifliyin bərpasını sürətləndirmək: Praktik nümunələr"

15:00 - 16:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 - "Su və Davamlı İnkişaf: iqlim çağırışlarına cavab"

15:00 - 16:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Muğam - "Aqrar-qida sisteminin transformasiyasının maliyyələşdirilməsi"

15:15 - 15:30. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Abdulməcid Abubakar: Fermerdən iqlim aktivistinə çevrilən şəxs

15:30 - 16:00. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Soba ətrafında söhbət

15:30 - 16:00. Yaşıl Zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "İqlim dəyişmələrinin kənd təsərrüfatına təsirinin yumşaldılması üçün beynəlxalq təşkilatlar və donor təşkilatlarla əməkdaşlığın genişləndirilməsi" / Bakı Harmoniya İqlim Təşəbbüsü

15:30 - 16:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Nəsimi - "Tək sağlamlıq yanaşması: İnsan inkişafı üçün sektorlararası əməkdaşlığın maksimallaşdırılması"

15:30 - 16:30. Mavi Zona, Azərbaycan pavilyonu - "Landşaft yanğınlarının idarəedilməsi və meşə yanğınları riskinin azaldılması üzrə sərhədlərarası əməkdaşlıq vasitəsilə iqlim dayanıqlılığının gücləndirilməsi"

15:45 - 17:15. Mavi Zona, Sədrlik, Konfrans otağı / Hirkan - Dayanıqlı transformasiya üçün ərzaq və kənd təsərrüfatı (FAST) tərəfdaşlığı üzrə nazirlər görüşü

16:00 - 17:00. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - "Yerli gənclərin düşüncələri"

16:00 - 17:00. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", təlim otağı - Seminar

16:30 - 17:30. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 - "Transsərhəd çayların iqlim dəyişikliyinin təsirlərinə davamlılığı"

17:00 - 17:30. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Soba ətrafında söhbət

17:00 - 18:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 2 - "Su ehtiyatlarının idarəedilməsində dövlət-özəl tərəfdaşlıqlarının (PPP) rolu"

17:00 - 18:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Nəsimi - "İqlim fəaliyyəti üçün su: Su həlllərinin MMT-lərə və MTP-lərə inteqrasiyası"

17:00 - 18:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Muğam - "İqlim maliyyəsinin fermerlər üçün işlək edilməsi: Təsərrüfat təcrübələri və konkret həllər"

17:30 - 18:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Hirkan - "NDC 3.0 aqrar-qida sistemi üzrə iqlim ambisiyası və fəaliyyətinin gücləndirilməsi"

18:00 - 19:00. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - "Qida: Ənənənin iqlim fəaliyyəti ilə kəsişdiyi yer"

18:00 - 19:30. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 - "Elmdən təcrübəyə: ərzaq sistemlərində ədalətli yanaşmalara keçidin inkişaf etdirilməsi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO