“Hamımız ekoloji baxımdan təhlükəsiz bir dünyada yaşamaq istəyirik” - Qazaxıstanlı komitə sədri

“Hamımız ekoloji baxımdan təhlükəsiz bir dünyada yaşamaq istəyirik” - Qazaxıstanlı komitə sədri

Hazırda oxunan: “Hamımız ekoloji baxımdan təhlükəsiz bir dünyada yaşamaq istəyirik” - Qazaxıstanlı komitə sədri

221229

“Artıq ikinci həftədir davam edən bu forum iqlim dəyişikliyi, iqlim səthinin dəyişməsi və ekologiyanın pisləşməsi ilə əlaqədar çox əhəmiyyətlidir. Buna görə də, işlənib hazırlanan tövsiyələr və təkliflər gələcəkdə iqlimin yaxşılaşdırılması üçün BMT və bütün ölkələr tərəfindən tədbirlərin hazırlanmasında əsas olacaq. Çünki biz hamımız ekoloji baxımdan təhlükəsiz bir dövlətdə və dünyada yaşamaq istəyirik”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Gülbarə Sultanova deyib.

Onun sözlərinə görə Bakıda təşkil olunan COP29  beynəlxalq ictimaiyyətin, vətəndaş cəmiyyəti nümayəndələrinin diqqət mərkəzi olan bir yerə çevrilib:

“İqlim dəyişikliyi ilə bağlı problemlər var və biz anlayırıq ki, iqlim səthindəki problemlərin həlli, ekologiyanın yaxşılaşdırılması məsələləri bir ölkəyə aid ola bilməz. Buna görə də, çox vacibdir ki, məhz Bakı bu problemləri səsləndirdi və məhz bu platformada bir çox ölkələr bu problemləri həll etmək üçün bir araya gəldilər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO