Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir.
Konfransının altıncı günündə həm Mavi, həm də Yaşıl Zonada bir sıra önəmli konfrans, görüşlər keçirilir. Eyni zamanda, konfransla bağlı Bakıya gələnlərin sayı artır.
Qambiyalı Lamin a Sonko da COP29-da iştirak üçün Bakıya gələnlər arasındadır.
O, Bizim.Media-ya ilə Azərbaycan haqqında fikirlərini bölüşüb:
"Azərbaycan çox gözəl ölkədir. İnsanlar mehribandır. Səyahət etməkdən həmişə qorxmuşam, çünki özümü hansı bir yerdə tapacağımı və oradakı insanların necə olacağını bilmirdim. Amma Azərbaycana gəldiyim ilk gündən, hətta hava limanından başlayaraq, hər kəsin çox qonaqpərvər olduğunu gördüm".
Qambiyalı iştirakçı Bakının sakit və dinc olduğunu vurğulayıb:
"Bu, xaricə ilk səyahətim olsa da, heç bir çətinliklə üzləşmədim. Hər yer sakit və dincdir. Küçədə və ya başqa bir yerdə qarşılaşdığınız hər kəs kömək etməyə hazırdır. Konfrans zalından evimə qədər hər yerdə hər kəs qonaqpərvərdir".
Bizim.Media
- A-
- A
- A+
COP29
13:28 / 16.11.2024
“İnsanlarınız çox qonaqpərvərdir" – Qambiyalı qonaq
Hazırda oxunan: “İnsanlarınız çox qonaqpərvərdir" – Qambiyalı qonaq
Hazırda oxunan: “İnsanlarınız çox qonaqpərvərdir" – Qambiyalı qonaq
220949
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.