Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) altıncı günüdür.
Bizim.Media xəbər verir ki, iştirakçıların erkən saatlardan COP29 məkanına axını konfransın bu gün də səmərəli və məhsuldar keçəcəyini göstərir.
Hazırda rəsmi şəxslərin və qonaqların COP29-un keçirildiyi Bakı Stadionuna kütləvi ziyarəti müşahidə olunur.
Qeyd edək ki, tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir.
Nuray, Bizim.Media