“Xəzər” plenar zalında COP29 tədbirləri silsiləsi çərçivəsində “İqlim maliyyələşməsinin ümidləri və gözləntiləri” mövzusunda müzakirə paneli keçirilib.
Bizim.Media xəbər verir ki, müzakirəyə “Delloite”in icraçı direktorunun müavini Steysi Caniak moderatorluq edib.
Tədbirdə “CREO” sindikatının prezidenti Regina Klement, “Investor Leadership Network”un nümayəndəsi Emma Dries, “Builders Vision” şirkətinin investisiya direktoru Ceyms Lindsey və “SDPQ-Global” biznes əlaqələri şöbəsinin direktoru Erik Kripton iştirak ediblər.
Panel iclasının iştirakçıları iri bizneslərdən kapitalın səfərbər edilməsi və onun iqlim proqramlarına yönəldilməsi məsələlərinə toxunublar.
Bizim.Media