Burkina-Fasolu siyasətçi: “COP29-da qonaqların rahatlığına böyük önəm verilir” – ÖZƏL

Burkina-Fasolu siyasətçi: “COP29-da qonaqların rahatlığına böyük önəm verilir” – ÖZƏL

Hazırda oxunan: Burkina-Fasolu siyasətçi: “COP29-da qonaqların rahatlığına böyük önəm verilir” – ÖZƏL

220171

“Azərbaycan xalqını çox qonaqpərvər hesab edirəm. Onlar çox mehribandırlar”.

Bu sözləri Burkina-Fasodan olan siyasətçi Oureratou Ouedraogo Bizim.Media-ya açıqlamasında bildirib.

O, Azərbaycana ilk dəfədir gəldiyini deyib:

“Düşünürəm ki, burada keçirilən COP konfransında insanların rahatlığına böyük önəm verilir, biz bunu təşkilatçılıqdan görə bilirik. Bu tədbirin könüllülərlə təşkil olunması, onların gülərüzlülüyü, insanları salamlama tərzi mənə özümü evimdəki kimi hiss etdirir".

Vicdanlı adamların vətəni anlamına gələn Qərbi Afrika dövləti Burkina-Fasodan olan qonağımız konfransdan gözləntilərini də açıqlayıb.
 

"Bu konfransdan gözləntim yeni məqsədlərin çatdırılması və iqlim maliyyəsinin müəyyənləşdirilməsi yollarını tapmaqdır. Əsasən, qadınlar və gənclər üçün iqlim maliyyəsinin daha əlçatan olmasını təmin etmək istəyirəm, çünki onlar iqlim dəyişikliyindən ən çox əziyyət çəkən qruplardır və əksəriyyəti savadsız olduğu üçün iqlim maliyyəsinə əlçatanlıq imkanları yoxdur. 


Məsələn, Burkina-Fasoda qadınların əksəriyyəti savadsızdır. Bu, onların maliyyədən yararlanmasını çətinləşdirir, amma onların çox problemləri var, köməyə ehtiyacları var. Ümid edirəm ki, konfrans bu yöndən də faydalı olacaq".

Nuray, Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO