Hulusi Kılıç -“Dünyanın ən ciddi probleminin Azərbaycanda müzakirə olunması böyük uğurdur” - ÖZƏL

Hulusi Kılıç -“Dünyanın ən ciddi probleminin Azərbaycanda müzakirə olunması böyük uğurdur” - ÖZƏL

Hazırda oxunan: Hulusi Kılıç -“Dünyanın ən ciddi probleminin Azərbaycanda müzakirə olunması böyük uğurdur” - ÖZƏL

220137

COP29 kimi beynəlxalq konfransı təşkil etmək heç də asan iş deyil. Bu tədbir həm də Azərbaycan xalqının qonaqpərvərliyini nümayiş etdirir”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Türkiyənin ölkəmizdəki sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

“COP29 Azərbaycanımızın dünyada daha da tanınması üçün bir fürsətdir. Həm də dünyanın ən ciddi probleminə çözümün Azərbaycanda axtarılması böyük uğurdur”, - deyə H.Kılıç əlavə edib.

Diplomat COP29-la bağlı gözləntilərini də açıqlayıb:

“İqlim dəyişikliyi problemi gündən-günə artır. Dünyanın müxtəlif yerlərində fəlakətlər yaşanır. İnsanlar bundan ciddi ziyan görürlər. İnsanlığı təhdid edən problemlərin burada müzakirə olunması Azərbaycan üçün böyük uğurdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO